Samsung “Galaxy S7” və “Galaxy S7 Edge” təqdim etdi
Tarix: 22-02-2016 | Saat: 10:08
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər
Smartfonlar “Android Marshmallow 6.0” ilə işləyəcəklər.
“Mobile World Congress” mobil texnologiyalar sərgisində “Samsung” flaqman smartfonlarının yeni nəslini “Galaxy S7” və “S7 Edge” təqdim edib.
"Xəbəraz.az " Gazeta.ru-ya istinadən xəbər verir ki, smartfonlar haqqında detallı məlumatı “The Verge” təqdim edib.
“Samsung Galaxy S7” xətti ümumilikdə əvvəlki nəsildə təqdim edilmiş dizayner ənənələrini davam edir. “Galaxy S7” smartfonu 5,1 düymlük QHD displeyi saxlayıb. “S7 Edge” isə 5,5 düymlük ekrana malikdir.
Smartfonlar “Android Marshmallow 6.0”, standart “TouchWiz” interfeysi ilə işləyəcəklər. Qurğunun operativ yaddaşı 4 Gb, əlavə olaraq 32 Gb mikroSD kartı da mövcuddur.
Regiondan asılı olaraq smartfonlar prosessor kimi “Snapdragon 820” və yaxud da “Exynos” alırlar.
Akkumlyatorların həcmi artırılıb, S7 3000 mAç, S7 Edge – 3600 mAç olub. Sürətli və naqilsiz enerji yığma imkanı mövcuddur.
Qurğunun əsas kameralarında meqopiksellərin sayı 16 Mp-dən 12 Mp-yə qədər azalıb, amma kameranın sensoru yaxşılaşdırılıb, indi o daha çox işıq əhatə edə bilir.
Smartfonlar, həmçinin “Always-On Display” funksiyasına malikdir, bu zaman smartfonun displeyi hətta blok zamanı belə aktivdir.
Ekran bildirişləri, qəbul edilməyən zəngləri və vaxtı göstərəcək. Bundan başqa aparat standart IP68 sukeçirməzliyə malikdir. Bu xüsusiyyət qurğulara 1,5 metr dərinlikdə suyun altında yarım saat qalma imkanı verir.
Məlumata görə, “Galaxy S7” və “S7 Edge” ABŞ-da satışa mart ayının 11-də çıxarılacaq, ilkin sifarişlər fevralın 23-dən başlayacaq.
Xəbəri paylaş
7518 dəfə oxunub.
Digər xəbərlər

18-04-2015, 13:57
"Avropa ermənilərdən oyuncaq kimi istifadə edir" - Türkiyəli deputat
7-02-2016, 23:27
Güləşçilərimiz 8 medal qazandı
12-08-2019, 12:55
Məşhur xanım müğənni ərinə qadınla xəyanət etdi - FOTOLAR
1-08-2015, 16:33
İşıq puluna görə həmkəndlisini güllələdi - VİDEO
18-03-2022, 11:15
Azərbaycada YENİLİK: Kimlər evdən işləyə biləcək? - VİDEO
11-08-2023, 20:27
Bakıda FACİƏ: 6 yaşlı uşaq hovuzda boğuldu
21-04-2017, 16:10
Vəfat edən rejissorun xanımı ƏSƏBİLƏŞDİ: “Allah ömür versə...” - FOTO
4-04-2016, 13:56
Xarici dövlətlərin hərbi attaşeləri Müdafiə Nazirliyində