Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Güləşçilərimiz 8 medal qazandı
Tarix: 07-02-2016 | Saat: 23:27
Bölmə:M / Karusel / İdman / Gənclərimiz | çapa göndər

Güləşçilərimiz 8 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnirdə 8 medal qazanıblar.

Xəbəraz.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi Feysbuk hesabında məlumat verilib.

Turnirinin son günündə güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev qızıl, Həmzət Osmanov bürünc medal qazandı. Hər iki güləşçimiz medal görüşündə Türkiyə təmsilçilərinə qalib gəlib.

65 kq çəkidə mübarizə aparan Hacı Əliyev 1/4 final qarşılaşmasında Puerto Rikolu Matos Gomezlə görüşdə rəqibin qaydalara zidd fəndə yol verməsi ilə zədələnsə də görüşü qələbə ilə başa vura bilib. Yarımfinalda Türkiyə təmsilçisi Mustafa Kaya ilə görüşü isə güləşçimiz zədə səbəbindən davam etdirə bilməyib. Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev təsəlliverici görüşdə qalib gəldikdən sonra bürünc medal uğrunda görüşə haqq qazanıb. Ağahüseyn Mustafayev bürünc medal uğrunda görüşdə komanda yoldaşı Hacı Əliyevlə qarşılaşmalı idi. Ancaq Hacının zədəsi onun bu görüşə çıxmasına mane olub. Bununla da Agahuseyn Mustafayev turnirin bürünc medalına sahib olub.

Qeyd edək ki, ilk iki yarış günündə Hacımurad Ömərov (70 kq) gümüş, Mahir Əmiraslanov, Giorgi Edişeraşvili (hər ikisi 57 kq), Gitinomaqomed Hacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan yığması turniri ümumilikdə 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub və komanda hesabında Türkiyə və Monqolustandan sonra üçüncü olub.

Görüşlərin idarə edilməsində ölkəni beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___