Bakıda gənc özünü 7-ci mərtəbədən atdı, sağ qaldı
Tarix: 21-02-2016 | Saat: 11:11
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
20 yaşlı Orxanın bədənində heç bir sınıq aşkarlanmayıb.
Bakıda 20 yaşlı gənc özünü hündürlükdən ataraq intihara cəhd edib.
"Xəbəraz.az "-ın Lent.az-a istinadən məlumatına görə, hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan 1996-cı il təvəllüdlü Vahabzadə Orxan Azad oğlu xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, müayinə zamanı özünü 7-ci mərtəbədən atan gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.
Yaxınlarının bildirdiyinə görə, O.Vahabzadə bir müddətdir ki, xəstəlikdən əziyyət çəkir və bu səbbədən həyatına son qoymaq istəyib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
6168 dəfə oxunub.
Digər xəbərlər

25-04-2016, 22:08
Smartfon istifadəçilərinə bəd xəbər
12-01-2017, 17:52
Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub
6-08-2022, 13:12
Nəzərdən qoruyan, xəstəlikləri müalicə edən sirli ot
11-02-2018, 11:31
Xəzərdə anormal proses qeydə alınıb
20-06-2017, 10:44
Azərbaycanda BİR İLK: xəstəyə DİL TİKİLDİ - FOTO
23-09-2020, 09:58
Tacir Şahmalıoğlunun oğlu qəzaya düşdü