Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya Azərbaycan-Ermənistan barışığına niyə maraq göstərir? - Ekspert rəyi
Tarix: 17-04-2016 | Saat: 14:51
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Rusiya Azərbaycan-Ermənistan barışığına niyə maraq göstərir? - Ekspert rəyi
“Rusiyanın Qarabağ münaqişəsinin həllinə marağını şərtləndirən bəzi mühüm amillər var”.

"Xəbəraz.az " xəbər verir ki, bunu politoloq Şahin Cəfərli cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

Ekspert Rusiqanın maraqlandıran amilləri bir neçə qrupa bölüb:

“1. Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsi Ankaranı Cənubi Qafqazın işlərinə getdikcə daha çox cəlb edir;

a) Bu əməkdaşlığın hərbi aspektinin önə çıxmağa başlaması, bu sahədə müttəfiqliyin – Türkiyə hərbi kontingentinin Azərbaycanda yerləşdirilməsi ehtimalı da daxil olmaqla – mümkün perspektivləri;

b) Paralel olaraq yaxın gələcəkdə (Varşava sammitindən sonra) Gürcüstanın NATO-ya üzvlüyü prosesinin sürətlənməsi və bu ölkə ilə həmsərhəd yeganə NATO dövləti kimi Türkiyənin bu prosesdə oynayacağı rol Türkiyəni Cənubi Qafqazda Rusiya ilə bərabər əsas regional oyunçuya çevirə bilər.
Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağında cərəyan edən və gələcəkdə baş verməsi ehtimal olunan gəlişmələr Rusiyanın regiondan sıxışdırılması mənasına gəldiyi üçün Kremli narahat etməyə bilməz.

2. Azərbaycan amili (Dağlıq Qarabağ məsələsi) gözlənilmədən Rusiyanın ODKB və Avrasiya İqtisadi Birliyi kimi neoimperial layihələrinə problem yaratmağa başlayıb. Belə görünür ki, bu, Kremldə proqnozlaşdırılmırdı. Xüsusən 5 aprel sonrası hər kəsə əyan oldu ki, Moskvanın postsovet məkanında qurduğu bu konstruksiyalar möhkəm təməllər üzərində dayanmır, iştirakçı ölkələrin birlik və müttəfiqliyi kağız üzərindədir və real həyatda əksini tapmır. Ermənistanın ODKB və YevrAzES-in heç bir üzvü ilə sərhədə malik olmaması da başqa bir problemdir.

a) Qazaxıstan ehtiyatla da olsa, Rusiyanın cızdığı çərçivələrdən kənara çıxmağa, müstəqil siyasət yeritməyə meyllənir və Ermənistanın müttəfiqi kimi hərəkət etməyəcəyini, Azərbaycan və Türkiyə ilə münasibətlərinə zərər vuracaq addımlara getməyəcəyini ortaya qoyur;

b) Belarus da maraqlı və diqqətəlayiq siyasət aparır. Yeni hərbi doktrinaya ölkə silahlı qüvvələrinin xaricdəki əməliyyatlarda iştirakını qadağan edən müddəa daxil edilib. Bu, NATO-nun kiçik analoqu kimi yaradılmış ODKB-nin ruhuna və sənədlərinə zidd olmaqla, ittifaqın effektivliyi və taleyi haqda suallar yaradır. Doktrinada Avropa Birliyi və NATO ilə əməkdaşlıq məsələləri də yer alıb. Minsk həm də ölkə ərazisində Rusiya hərbi bazasının yaradılması barədə Putinin təklifini bu mərhələdə rədd etdiyini açıqlayıb.

3. Rusiyanın Ermənistandakı hərbi bazaları logistika baxımından faktiki təcrid durumundadır.
Rusiya Gümrü və Erebuni bazalarının təchizatını/rotasiyasını hava yolu ilə, Gürcüstan üzərindən həyata keçirir. Əvvəl Türkiyə vasitəsilə də təchizat həyata keçirilirdi, lakin münasibətlər korlandıqdan sonra bu koridor qapandı.

a) Gürcüstan Rusiya üçün etibarlı tərəfdaş deyil, NATO-ya üzvlük yolundadır və istənilən vaxt Rusiya hərbi-nəqliyyat aviasiyası üçün verdiyi hava dəhlizini bağlaya bilər, artıq bir dəfə belə hal baş verib;

b)Türkiyənin də Rusiya üçün etibarlı tərəfdaş olmadığı Moskvaya bəlli oldu və yaxın gələcəkdə münasibətlər düzəlsə belə, heç vaxt əvvəlki səviyyədə olmayacaq. Türkiyə Rusiyadan enerji asılılığına son qoyacaq, Ərdoğan-Putin qardaşlığı dövründən fərqli olaraq, Rusiyanın maraq dairələrinə müdaxilə edəcək, bu kontekstdə Azərbaycan və Gürcüstanla yanaşı, Ukrayna ilə də strateji tərəfdaşlığı dərinləşdirəcək”.

Ş. Cəfərlinin sözlərinə görə, indiki şəraitdə Ermənistandakı Rusiya bazaları ciddi risklərə operativ reaksiya imkanından məhrum olmaqla, faktiki mühasirə şəraitində qalmağa məhkumdur: “Hərbi yükləri Azərbaycandan keçməklə şose yolu və gələcəkdə bərpa olunacaq Azərbaycan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana və əksinə daşımaq Rusiya üçün ən optimal variant kimi görünür.

Bütün təhlükələri, riskləri və problemləri neytrallaşdırmaq, həll etmək üçün Qarabağ məsələsinin Rusiyanın maraqları çərçivəsində həlli Moskva üçün bu gün zərurətə çevrilib. Türkiyənin (o cümlədən Qərbin) Cənubi Qafqaza müdaxiləsinin, onların hərbi infrastrukturunun Rusiyanın cənub sərhədlərinə yaxınlaşmasının qarşısını almaq (1-ci bənd); ODKB və Avrasiya İqtisadi Birliyini iflasdan xilas edərək onlara yeni nəfəs vermək (2-ci bənd) və nəhayət, Ermənistandakı hərbi bazaları (3-cü bənd) blokadadan çıxarmaq üçün”.

O bildirib ki, Kremlin planı əsasında reallaşacaq Azərbaycan-Ermənistan barışığı Rusiyanın geosiyasi maraqları baxımından vacib vəzifəyə çevrilib: “Moskvanın Qarabağ münaqişəsinin həllində fəallaşmasına, Lavrovun Azərbaycanın ODKB və Avrasiya İqtisadi Birliyinə üzvlüyü barədə eyhamına bu pəncərədən baxanda mənzərə aydınlaşır. Diqqətli olmalıyıq”.



3828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___