Vergi borcu olanlara kredit verilməyəcək?
Tarix: 11-02-2016 | Saat: 18:31
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda vətəndaşların bələdiyyələrə əmlak vergisi borcunun ödənilməsini təmin etmək məqsədilə bələdiyyəyə borcu olan vətəndaşlara kredit verilməməsi təklif edilir.
Xəbəraz.az bildirir ki, Bakının Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov Trend-ə deyib ki, bələdiyyəyə vergi ödənişləri məcburi qaydada həyata keçirilməlidir: "Bunun üçün müvafiq icra hakimiyyəti orqanlarının kompleks tədbirlərə qatılması təmin edilməlidir. "ASAN xidmət", sərhəd-keçid məntəqələri, notariuslar da bu işlərə cəlb olunmalıdır. Eyni zamanda, banklarda bələdiyyələr tərəfindən hazırlanan borclu vətəndaşların siyahısı olmalıdır ki, kredit verilən zaman bu, nəzərə alınsın və bələdiyyələrə olan borcun ödənilməsi tələb edilsin".
N.Qaraxanov hesab edir ki, bu yolla vətəndaşları bələdiyyələrə olan vergi borclarını ödəməyə məcbur etmək olar. N.Qaraxanov bildirib ki, bələdiyyələrin heç bir inzibati tədbir görmək imkanı olmadığı üçün vətəndaşlar vergi borcunu ödəməkdən yayınırlar.
Onun fikrincə, vətəndaşların vergi borcunun olması barədə məlumat banklar üçün də faydalı ola bilər: "Yəni kredit götürmək istəyən şəxs vergi borcunu ödəmirsə, kredit borcunun ödənilməsində də problem yarana bilər".
N.Qaraxanov, eyni zamanda vergi borcunu ödəməyən vətəndaşların xaricə getməsinə qadağa qoyulmasını məqsədəuyğun hesab edir.
Bələdiyyə sədri bu və ya digər təklifləri Milli Məclisə təqdim etdiyini deyib.
Qeyd edək ki, Milli Məclisdə bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində aradan qaldırılması üçün işçi qrupu yaradılıb.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

25-01-2016, 09:50
Azərbaycan manat və dollar istiqrazları buraxacaq
19-01-2016, 11:50
Xaricə pul köçürmələrindən icbari haqq tutulacaq
3-01-2022, 12:30
"Park Cinema" əsl XƏSTƏLİK MƏNBƏYİDİR... - NARAZILIQ!
13-09-2020, 18:04
Ərdoğan Makronu sərt tənqid etdi - Fransa mediası
17-03-2016, 11:16
Röya: "Yenə məni ağlatmağa gəlib" - FOTO
14-04-2015, 18:00
"Hakim başqa söz dediyi üçün onu itələdim"
17-06-2016, 13:31
Qazprom Tiflislə yeni müqavilə imzaladı
18-01-2022, 12:27
Tez-tez boyunu şıqqıldatmaq sinir sistemini pozur - İflic edir!
7-12-2016, 21:19
Şok: Çörək yeməzdən əvvəl düşünəcəksiniz - Video