"Hakim başqa söz dediyi üçün onu itələdim"
Tarix: 14-04-2015 | Saat: 18:00
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
“Bu hesabla məğlub olacağımızı gözləmirdik. Amma bu nəticədə hakimin verdiyi qərarlar da böyük rol oynadı. Kubokda 0:2 hesabını qapamaq çox çətindi. Xüsusən də, “Neftçi” kimi rəqibə qarşı. Yenə də ümidimizi itirmirik. Cavab görüşündə bunun əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik”. Bu sözləri apasport.az saytına “İnter”in qapıçısı Səlahət Ağayev deyib. Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutan “Neftçi” – “İnter” görüşü baş hakim İnqilab Məmmədovun səhvi və Səlahət Ağayevin onu itələməsi ilə yadda qalıb. “Bankirlər”in kapitanı hakimə etirazı penalti epizoduna görə etdiyini bildirib: “Elvin Məmmədovu yıxdılar, təmiz penaltimizi vermədi. Həmin anda qapını tərk edib rəqib cərimə meydançasına qədər gedə bilməzdim. Çox keçmədən “Neftçi” hücum edib qol vurdu. Onda yaxınlaşıb soruşdum ki, niyə penaltini vermədin, qorxursan? Hakim başqa söz dediyi üçün onu itələdim. Razıyam ki, gərək əl hərəkəti etməyəydim, düz addım atmadım. Özümə haqq qazandırmıram. Amma onun verdiyi qərar məni özümdən çıxardı”. Ağayev “Neftçi”nin ilk qolunun da mübahisəli olduğunu vurğulayıb: “Kanalesin vurduğu birinci qolda hakim düşünmədən mərkəzi göstərdi. Halbuki, ani epizod oldu, top öncə tirə, ardından yerə dəyib meydana qayıtdı. Dedim ki, mən iki metrlikdən görmədim, sən mərkəzdən topun xətti keçdiyini necə gördün, bir köməkçilərinlə məsləhətləş də. Qapının arxasında Elvin Əsgərov dayanmışdı. Bir yaxınlaş ondan soruş da”. Milli komandamızın da formasını geyinən Səlahət Ağayev hakim səhvi ucbatından uduzduqlarını iddia edib: “Haqsızlıq olanda insan istər-istəməz əsəblərinə hakim ola bilmir. Mənim hakimlərlə heç vaxt problemim olmayıb. Sadəcə, haqqımızı tələb edirdim. Penalti 99 faiz qol deməkdi. Həmin anda doğru qərar versəydi, oyunun axarı dəyişəcəkdi. Ən pis halda, 1:2 hesabı ilə məğlub olacaqdıq ki, belədə də cavab görüşündə 1 qol vurub finala yüksələ bilərdik. Komanda bir həftə hazırlıq keçir, tər tökür, çıxıb oyunda əziyyət çəkir, biri də gəlib haqqını tapdalayır. Bu hamıya pis təsir edər”.
Xəbəri paylaş
5988 dəfə oxunub.
Digər xəbərlər

13-08-2021, 13:42
“İki ay insanları toysuz saxlamaq hansı məntiqə, dinə uyğundur?” – Elşad Miridən ETİRAZ
25-10-2017, 12:37
"Arsenal"da 2 qol vuran "uşaq" - Vengerin komandaya gəlməsindən sonra doğulub - FOTO
13-06-2016, 20:47
Berlində elmi dairələr Qarabağı müzakirəyə çıxardılar
8-11-2016, 01:09
Astroloji proqnoz - 08 noyabr
7-07-2016, 04:41
Ailədə ünsiyyət probleminiz var? - ÇIXIŞ YOLLARI
28-11-2021, 14:16
Füzulidə 2 hərbçi minaya düşdü
6-03-2022, 11:51
Temperatur düşəcək, yağış yağacaq - Xəbərdarlıq
28-02-2023, 13:12
Martın ilk gününə olan hava proqnozu açıqlandı
28-07-2017, 10:32
Gülnarə Kərimova həbs olundu
21-11-2018, 12:11
Küləkli hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ