Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygündən İlhaməyə sərt cavab: "Bədbəxt anasını döyən və ona işgəncələr verəndir" - FOTO
Tarix: 03-02-2016 | Saat: 15:00
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Aygündən İlhaməyə sərt cavab: "Bədbəxt anasını döyən və ona işgəncələr verəndir" - FOTO

İlhamə Quliyevanın Aygün Kazımovaya "bədbəxt" deməsi xalq artistini özündən çıxarıb.

Aygün Kazımova məsələ ilə bağlı açıqlama verib. O, İlhamə Quliyevanı anasını döyməkdə ittiham edib: "İlhamə Quliyeva, bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı, ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən ee. Anasına deyirdi ki, ağla, ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə, prezident sənə ev verdi".

Aygün Kazımova İlhamə Quliyevanın "onun ağlı başında deyil" sözünə də reaksiya verib:

"Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğunuzdur. İlhamə Qarabulaqlı soyadı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu, deyəsən, yaddan çıxartmısınız. Həəə? Bəlkə, elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram".

Xatırladaq ki, İlhamə Quliyeva AzNews.az-a açıqlamasında Aygün Kazımovanı "bədbəxt qadın" adlandırmışdı: "Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə, yuxulu olub? Bəlkə, onun adından yazıblar? Yəqin, özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır".

Qeyd edək ki, Aygün Kazımova İlhamə Quliyevanın Hacı Məmmədovla fotosunu da redaksiyamıza təqdim edib.



4508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___