Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mövlud Çavuşoğlu: "NATO üzvlüyünə namizəd ölkələr tələblərə cavab vermək üçün daha çox səy göstərməlidir"
Tarix: 21-04-2016 | Saat: 12:44
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Mövlud Çavuşoğlu: "NATO üzvlüyünə namizəd ölkələr tələblərə cavab vermək üçün daha çox səy göstərməlidir"

Türkiyə Monteneqronun NATO üzvlüyünə qəbul edilməsini dəstəkləyir.
"Report" xəbər verir ki, bu barədə Türkiyədə rəsmi səfərdə olan NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, NATO üzvlüyünə digər namizəd ölkələrin - Bosniya və Herseqovina, Makedoniya və Gürcüstanın tələblərə cavab vermək üçün daha çox səy göstərməli olduğunu qeyd edib.
M.Çavuşoğlu, həmçinin Əfqanıstanda sülhü təmin etmək üçün Türkiyənin səylərini önə çəkib. O əlavə edib ki, Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək.
Öz növbəsində, NATO baş katibi Yens Stoltenberq Türkiyənin Şimali Afrika, Yaxın Şərq və Rusiyadan qaynaqlanan təhdidlərin qarşısında olduğunu bildirib. O, Türkiyənin NATO təşəbbüslərinə dəstəklə bağlı səylərini alqışlayıb.
Miqrasiya böhranı barədə danışan baş katib Türkiyənin miqrantlar məsələylə bağlı Aİ ilə sazişin şərtlərini həyata keçirilməsini müsbət qarşıladığını vurğulayıb.


Xəbəri paylaş

5158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___