Maliyyə Nazirliyi 6 milyon manatlıq israfçılıq ifşa etdi
Tarix: 13-03-2015 | Saat: 11:19
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
3 vəzifəli şəxs işdən azad edildi.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda 2014-cü ildə aparılmış nəzarət tədbirləri ilə 14 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin, 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb.
NazirlikdənXeberaz.az-a verilən məlumata əsasən, aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirliklərə məktublar göndərilib.
Yoxlamaların gedişində də nöqsanların aradan qaldırılması istiqamətində xeyli işlər görülmüş, yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin əsas hissəsinin (4 milyon 910,3 min manat) yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilmiş, mövcud qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilmiş, həmçinin normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılmış, evdə təhsilə cəlb edilmiş şagirdlərin yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 73 nəfər azaldılmış, 107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş bir təşkilat üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Habelə, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edilmiş, ümumilikdə 914 nəfər vəzifəli şəxs 516,6 min manat məbləğində cərimə edilmiş və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Maliyyə Nazirliyinin yerli maliyyə orqanlarında aparılmış yoxlamaların nəticələri üzrə maliyyə orqanlarının 3 vəzifəli şəxsi tutduqları vəzifədən azad edilmiş, 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilmişdir.
Yuxarıda göstərilənlərlə bərabər, Xidmətin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən məktublarda və qərarlarda qeyd olunan suallar yoxlanılmış, cəmi 6 milyon 027,2 min manat məbləğində israfçılıq halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Xəbəri paylaş
7938 dəfə oxunub.
Digər xəbərlər

15-10-2015, 22:51
Almaniya qaçqınlar üçün qaydaları sərtləşdirdi
28-08-2018, 16:37
Dispanserdəki yanğını törədən danışdı - Üstümdəki yorğanı yandırdım...
2-08-2019, 11:39
Yenə də raket atdı
30-09-2015, 21:54
Azərbaycanda yeni qurumlar yaradılacaq
18-12-2016, 16:17
Azərbaycanlı kişi xoruzu əhilləşdirdi: Hoppan deyəndə hoppanır, banla deyəndə banlayır - VİDEO
17-08-2017, 12:10
Bakıda qadın digər qadını bıçaqlayıb
9-11-2015, 18:16
Röyadan yeni mahnı: "Vətən"
23-02-2017, 14:30
Afaq Gəncəlini baxın illər necə dəyişdi - FOTO
21-05-2017, 12:19
Qatıq suyu ilə bir çox xəstəlikdən qurtulun
30-06-2017, 12:10
Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulda görüşə bilər