Azərbaycanda uşaqların 1-ci sinfə hazırlığı ilə bağlı yeni qanun
Tarix: 01-01-2016 | Saat: 23:52
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Azərbaycanda birinci sinifə gedəcək uşaqların məktəbə hazırlığının zəruri olması ilə bağlı tələb yeni qanuna daxil edilib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Trend-ə bildirib ki, bu məsələ yeni hazırlanan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində nəzərdə tutulur.
Onun sözlərinə görə, bağçalarda uşaqların məktəbə hazırlığı zəruridir: “Bəzən buradan bir fikir irəli gəlir ki, əgər uşaq hər hansı bir hazırlıq keçməyibsə, məktəbə qəbul edilə bilməz. Bu düzgün fikir deyil, çünki burada söhbət icbarilikdən getmir, zərurilikdən gedir. Zərurilik də odur ki, dövlət uşaqların 5 yaşından məktəbə hazırlığını öz üzərinə götürür. Uşaqların o yaş dövründə hərtərəfli inkişafını məktəbəqədər təlim və tərbiyə müəssisəsində elə təşkil etmək olar ki, uşağın bütün qabiliyyətləri və imkanları, potensialı aşkar edilə bilər və onun inkişaf etdirilməsi üçün münbit şərait yaradıla bilər”.
Qeyd edək ki, indiyə qədər uşaqların məktəbəqədər hazırlığı ilə bağlı ayrı-ayrı qaydalar, müxtəlif qərarlar və təlimatlar olsa da, məsələ qanun çərçivəsində həll ediməyib.
Xəbəri paylaş
7738 dəfə oxunub.
Digər xəbərlər

24-03-2022, 05:26
Müğənni Roza Zərgərli ailə qurur-Video
8-03-2016, 11:40
Mərkəzi Bank dolların məzənnəsini açıqladı (RƏSMİ)
28-10-2023, 20:58
Çörəyin ucuzlaşmasının səbəbi açıqlandı
29-11-2019, 16:57
Pərvinin sevgilisi DANIŞDI: "Çox peşmanam"
10-10-2015, 12:36
Hərbçilərimiz Rumıniya və Macarıstana gedir
30-08-2016, 10:02
PR Menecerdən gözlənilməz addım – FOTO
30-06-2016, 20:38
AZƏRBAYCANLI APARICI OD PÜSKÜRDÜ: “OTURUB BOŞ BOŞ DANIŞMAYIN.....”
22-02-2016, 09:51
Bu günün ulduz falını təqdim edir:
6-06-2016, 13:25
Sərkisyan Telmanın restoranında bizim mahnıya oynadı - Video