Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
PR Menecerdən gözlənilməz addım – FOTO
Tarix: 30-08-2016 | Saat: 10:02
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

PR Menecerdən gözlənilməz addım – FOTO

Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən PR menecer Elton Hacıyev daha bir məşhur ilə çalışmağa başlayıb.

Bu barədə "Xəbəraz.az "-aza E.Hacıyevin özü məlumat verib. O bildirib ki, instagramda etdiyi paylaşımla bir gecənin içində məşhurlaşan Aygün Kazımovanın oxşarı stilist-vizajist Gülruh Nəcəfova ilə çalışacaq: “Ümumiyyətlə, mən şou-biznesdə baş verən bir çox proseslərdən uzağam. Qalmaqaldan, səs-küydən kənar gəzən insanam. Yalnız yeni proyektlər olduğu zaman bunu jurnalistlərlə bölüşməyi üstün tuturam. Boş-boş danışmaq əvəzinə, yeni iş təqdim etmək lazımdır. Müğənni Sevinc Musayeva, müğənni Şakir Abbas, model Sevinc Şirinova, aparıcı Samira Hacızadə, model Sevda Quliyeva və başqaları ilə də işbirliyimiz davam edir. Eyni zamanda kreativ stilist-vizajist Gülruhla da çalışıram və birgə yeni layihələrə imza atacağıq. Öncədən söyləməyim, sürpriz olsun”.

Kreativ stilist-vizajist Gülruh Nəcəfova da E.Hacıyevlə işbirliyindən danışıb. O bildirib ki, artıq böyük həvəslə yeni layihələrə imza atacaq: “Bu günə qədər heç bir zaman reklam dalınca qaçmamışam. Bu sənətə təsadüfi gələn stilislərdən deyiləm. Sadəcə müəyyən səbəblərlə əlaqədar olaraq yaradıcılığıma fasilə yarandı, indi isə yenidən sənətimə start verirəm. Məhz buna görə də PR menecer Elton Hacıyevlə işləməyə qərar verdim. Düşünürəm ki, yeni layihələr sənətə qayıdışımda mənə uğur gətirəcək və insanlar tərəfindən seviləcək”.


Xəbəri paylaş

8488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___