Bu gündən etibarən Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qərargah təlimlərinə başlayıb.
Müdafiə Nazirliyinin dünən yaydığı məlumata əsasən hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq. Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.
Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin bu gündən başlayacaq təlimləri İranla artan gərginlik fonunda keçirilir. Bundan bir müddət əvvəl də Xəzərdə təlimlər keçirildi. Sentyabrın əvvəllərində Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərinin epizodlarından biri Xəzər dənizi akvatoriyasında keçirilmişdi.
Azərbaycanın Xəzərdə hərbi aktivliyi ilə eyni bir vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. Bunu sübut edən görüntülər sosial mediada yayılıb. Telegram-kanallarda yayılan videogörüntülərə əsasən İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib. Elə həmin görüntülərdən birini təqdim edirik:
İnqilab Keşikçiləri Korpusunun media resurslarından götürülmüş videokadrlardan da aydın olur ki, katerlərin hamısı iriçaplı pulemyotla təchiz edilib. İram mənbələrinə görə, onların sayının 4 mindən çox olduğu bildirilir. O da qeyd olunur ki, sayın çox olması silah və döyüş texnikalarının zəifliyini kompensasiya etmək məqsədi daşıyır. Mənbələrdə qeyd olunur ki, Azərbaycanla münasibətlərin kəskinləşəcəyi təqdirdə, İran komandanlığı Bakı üçün xüsusi əhəmiyyətə sahib Xəzərdəki neft infrastrukturu obyektlərini "Moskit (ağcaqanad) donanması"ndan asanlıqla istifadə edərək hədəf ala biləcək.
İran əvvəllər də bu cür kiçik və sürətli katerlərdən Fars körfəzində və Hörmüz boğazında ABŞ donanmasının gəmilərini təqib etmək, sıxışdırmaq üçün istifadə edib. İriçaplı pulemyotdan başqa heç bir silahı olmayan sürətli katerlər ilk baxışdan dənizdə ciddi qüvvə hesab edilə bilməz. Lakin nəzərə almaq lazımdır ki, onlardan kütləvi şəkildə və qəfil istifadə etməklə müxtəlif diversiya əməliyyatları, o cümlədən neft-qaz platformalarına hücumlar həyata keçirmək mümkündür.
İran Xəzərə QOŞUN YIĞMAĞA BAŞLADI: əgər münasibətlər kəskinləşərsə... - ŞOK İDDİA - VİDEO
Tarix: 12-10-2021 | Saat: 08:49
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
#VİDEO
Xəbəri paylaş
3878 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-10-2021 | Saat: 08:49
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
30-06-2019, 07:20
Azərbaycanlı idmançı “Niva” ilə qəza törətdi - Ağır xəsarət alıb
8-10-2018, 18:06
Azərbaycan NASA strukturları ilə sıx əlaqələr qurub
4-04-2019, 15:28
Masallı icra hakimiyyəti şəhid anasını MƏHKƏMƏYƏ VERİR
15-07-2017, 17:58
Xalq artisti ehtiraslı və cazibədar kişi axtarışına çıxdı - FOTO
8-08-2018, 12:19
Şadlıq sarayları və restoranlara xəbərdarlıq olundu
6-07-2021, 01:07
Elmar Məmmədyarov HƏBSDƏN YAYINDIMI? - İLGİNC
23-12-2017, 12:21
"Ermənistan danışıqlar prosesini yubatmaq üçün əlindən gələni edir"
18-08-2016, 11:20
Türkiyədəki dəhşətli terror ANBAAN KAMERADA: Toy yasa çevrildi - VİDEO
7-12-2015, 22:07
Azərbaycan Qırğızıstana 1 milyonluq yardım göndərdi
14-03-2016, 16:04
Halal kolbasa – sosiska bu ətdən hazırlanır – (FOTO, VİDEO)