Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov HƏBSDƏN YAYINDIMI? - İLGİNC
Tarix: 06-07-2021 | Saat: 01:07
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Reportaj / Aktual | çapa göndər

2004-cü ildən 2020-ci ilədək Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışan Elmar Məmmədyarov cəmiyyətin yaddaşında azərbaycanca Müsyö Jordan kimi danışması ilə qaldı.Doğrudan da, adam 16-17 il ölkənin Baş dipolamtı ola və yaddaşlarda komediya personajı kimi qala, hələ üstəlik həyat yoldaşı da yaponla Amerikaya “qastrola” gedə. Əsl rüsvayçılıqdır.
Bunlar azmış kimi Xarici işlər nazirliyi boğazınadək korrupsiya bataqlığında boğulurdu.
Nəhayət, Dövlət Təhlükəsizlik Xidməti XİN-də əməliyyat keçirdi, nazirliyin bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə həbs edildi. Nazir isə həbsdən canını qurtara bildi. Ancaq sabiq XİN şefinin ölkədən çıxışına STOP qoyulub və hazırda XİN-lə bağlı istintaq davam edir.
Bəli, atalar demişkən, adamın yerə baxanı, suyun lal axanı.
Elmar Məmmədyarov yerə baxa-baxa 16 il nazir olduğu dönəmdə özü və ailəsi üçün böyük biznes şəbəkəsi yaradıb.
Neçə illərdir, Prezident səviyyəsində məmurların bizneslə məşğul olması, sahibkarlıq kimi hallar kəskin tənqid olunsa da, məmurlar nəticə çıxartmır.
Elmar Məmmədyarovdan soruşan yoxdur ki, sən biznesmen deyilsən, mal-qara ferman yox, zavodun yox, dövlətdən 4-5 min manat civarında maaş alırsan.
Bəs onda oğlanların üçün Ameriklada 4,2 milyon ABŞ dolları qiymətinə mənzilləri necə almısan ?
Bəli, sabiq nazirin oğlanları Nyu-Yorkun ən bahalı bölgəsində yaşayır.
Elmar Məmmədyarovun böyük oğlu Emin Məmmədyarovun ABŞ-ın Nyu-York şəhərində dəbdəbəli mənzili var.
“Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub”.
Həmçinin bəlli olub ki, 2015-ci ilin iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.
2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.
Hələ bu harasıdır. Bizim Elmar Məmmədyarovun paytaxt Bakıda, rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin inzibati binasının arxasında “Şirvanşahlar” adlı restoranı fəaliyyət göstərir. Elit müştərilər üçün nəzərdə tutulan və qiymətlərinin hədsiz bahalılığı ilə digərlərindən seçilən “Şirvanşahlar” restoranının ümumi dəyəri isə nə az, nə çox – 200 milyon manatdan artıqdır.
Restoranın iç divarlarında Azərbaycanımızın milli ornamentləri, qədim xalçalarımız və miniatürlərimizlə bəzənib, bir sözlə muzey restorandır. Buranın başlıca müştəriləri isə dövlət məmurları, iri sahibkarlar və xarici qonaqlardır. Xarici İşlər Nazirliyinin xətti ilə ölkəmizdə səfərdə olan əcnəbilərin əksəriyyəti məhz bu restoranda dincəlir.
Məsələnin ən maraqlı tərəfi isə budur ki, belə bir bahalı restoranı Elmar Məmmədyarov hansı pulla alıb ?
Yəqin ki, istintaq və məhkəmə bütün suallara aydınlıq gətirəcək.
Əgər obyektiv istintaq aparılarsa, Elmar Məmmədyarovun həbsi qaçılmazdır.
//gundelik-baku.com//


Xəbəri paylaş

5158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___