Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallı icra hakimiyyəti şəhid anasını MƏHKƏMƏYƏ VERİR
Tarix: 04-04-2019 | Saat: 15:28
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər


Masallı icra hakimiyyəti şəhid anasınıMƏHKƏMƏYƏ VERİR

Masallı rayon İcra Hakmiyyəti şəhid anasını məhkəməyə verir.
Unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, həmin müsahibəm ölkə mətbuatında yayımlanandan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ona zəng edərək, şəhid ailəsini hədələyib:
"Dünən başçının müavini zəng etdi. Qışqıra-qışqıra mənə dedi ki, saytı da sizi də məhkəməyə verəcəyik. Mən də dedim ki,  əlimdə fakt var ki, keçən il oğlumun ildönümündə müğənni Damla Masallı rayonunda ASAN Xidmətin yaxınlığında konsert verdi. Mən özüm də Damlanın sosial şəbəkədəki paylaşımına da yazmışam ki, "bir tərəfdə aprel şəhidinin ildönümüdür, bir tərəfdə də siz konsert verirsiniz, şəhid anasının ahı tutsun sizi". Bunu Damlanın səhifəsində də görə bilərsiniz.
Həmin zəng olunanda yanımda başqa şəhid anası da var idi. O da Aybəniz Qafarovanın kobud danışığını eşitdi. Qaldırdığımız problemlər qalıb kənarda, məni ittiham edib, hədələyirlər".
Daha sonra digər aprel şəhidi Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva da Unikal.org-a sözügedən məsələ ilə bağlı açıqlama verərək Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarovanın Ziba Əsgərovaya zəng edib, təhdid etdiyini təsdiqləyib. 


Xəbəri paylaş

1 4678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___