Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müharibə “dayandığı yerdən” davam edə bilər - Paşinyan Ərdoğana ona görə yalvarır ki...
Tarix: 25-09-2021 | Saat: 11:14
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Güney Qafqaz mühüm geosiyasi dəyişiklik ərəfəsində; İrəvan dəhlizləri açmasa, Bakı və Ankaranın kapitulyant ölkəyə yaratdığı fürsət pəncərəsi qapadılacaq...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində verdiyi son müsahibəsində Ermənistan baş naziri Nikol Paşinyandan müsbət mesajlar almağa davam elədiyini söyləyib. Qardaş ölkə lideri bunun qarşılığında "bəzi addımlar" atılacağını da söyləyib.
Sitat: "Bizim "Beşlik" və ya "Altılıq" platforması adlandırdığımız əməkdaşlıq variantı var idi. Hazırda bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırıq. Bu müsbət mesajlarla bərabər bu məsələdə bəzi addımlar da atacağıq. Bölgədə sülhün yaradılması məsələsini yaxşı bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Ayın sonunda cənab Putinlə keçirəcəyim görüşdə bunlar da müzakirə edilən məsələlər arasında yer alacaq. Beləcə Türkiyə-Rusiya əlaqələrində daha güclü və daha fərqli dönəmə qədəm qoymuş olacağıq".
*****
Söhbət böyük ehtimalla, həm də 10 noyabr kapitulyasiya aktında nəzərdə tutulan Zəngəzur dəhlizindən gedir - erməni tərəfi "dəhliz" sözünü israrla yaxına buraxmasa da. Ancaq nə yaxşı ki, bu məsələ İrəvanın iradəsindən ən az asılıdır. Əsas olan Ermənistan üzərində şəriksiz söz sahibliyinə malik Rusiyanın mövqeyidir ki, Ərdoğan da elə buna işarə vurub. Yəni 29 sentyabr Soçi görüşündə nəinki Zəngəzur dəhlizinin, ümumən Ermənistanın bölgədəki yekun statusuna xeyli dərəcədə aydınlıq gələ bilər.
Nəzərə alsaq ki, Ermənistan Azərbaycanla 44 günlük müharibəni uduzan tərəfdir və bu məğlubiyyətdən onun 1 nömrəli müttəfiqi və havadarı Rusiyaya da pay düşür, o zaman məğlub tərəf və onun müttəfiqinin imza atdıqları öhdəlikləri yerinə yetirməkdən savayı yolu görünmür. Əks halda, Ermənistan bir qırağa, Rusiyanın öz imzasına hörmət eləməyən qeyri-ciddi dövlət imici daha da möhkəmlənəcək, ona Türkiyənin də etibarı sarsılacaq - buradan Moskva üçün çıxan bütün neqativ nəticələrlə birgə.
Təsadüfi deyil ki, Ərdoğan "məsələdə bəzi addımlar" atılacağını deyib. Hansı addımlar? Bunu tezliklə biləcəyik. Bir şeyi əminliklə söyləmək olar ki, Güney Qafqaz artıq növbəti mühüm geosiyasi dəyişikliklərə "hamilə"dir. Mövcud şərtlər və qeyri-müəyyən geosiyasi durum da bunu diktə edir. Qalib Azərbaycan və onun müttəfiqi Türkiyə məğlub Ermənistan və onun müttəfiqi Rusiyanın sonsuzadək vaxtı uzatmasına seyrçi qala bilməz.
Zaman yetişib ki, Bakı və Ankara məsələni "net" şəkildə qoysunlar: ya birinci ildönümü yaxınlaşmaqda olan 10 noyabr üçtərəfli saziş tam həcmdə yerinə yetiriləcək, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasına son qoyub sülh müqavilələri imzalayacaq,  ya da bu sənəd sabotaj ediləcəksə, müharibə ötən ilin payızında "dayandırıldığı yer"dən davam edəcək...         
*****
"Ermənistanın regionda tranzit-nəqliyyat infrastrukturunun açılmasına ehtiyacı var və çoxdandır ki, bu məsələdə müzakirə ediləsi bir şey qalmayıb".
"Yeni Müsavat"ın məlumatına görə, bunu Axar.az-a rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk bildirib.
"Ermənistan yox, məhz Azərbaycan müharibədə qalib gəlib. Qalib isə tarixdən məlum olduğu kimi, həmişə öz şərtlərini diktə edir. Əgər Ermənistan öz ərazisini bütün dəhlizlər üçün açmasa, müharibənin davam etdirilməsi qaçılmaz olacaq və artıq daha ağır nəticələrə gətirib çıxaracaq. Azərbaycan çox gözləmək fikrində deyil. Bakı bunu mümkün olan bütün vasitələrlə nümayiş etdirir", - deyə rusiyalı ekspert qeyd edib.
"Ermənistanın bir dövlət olaraq varlığı indi tamamilə Rusiyadan asılıdır. Türkiyə isə Cənubi Qafqazda regional gücə çevrilib".
Bunu isə digər rusiyalı politoloq Mixail Maqid deyib. Onun sözlərinə görə, sarsıdıcı bir məğlubiyyətdən sonra güclü Azərbaycan-Türkiyə ittifaqının mövcudluğunu da nəzərə alsaq, Ermənistanın bir dövlət olaraq varlığı hazırda bütünlüklə Rusiyadan asılıdır.
O bildirib ki, 2-ci Qarabağ müharibəsindən əvvəl Rusiyanın bölgədəki gücü mütləq idi: "Ancaq müharibə vaxtı və sonra yeni vəziyyət yarandı. İndi isə iki qlobal güc var: Türkiyə və Rusiya. Bakı Ankara ilə getdikcə hərbi və iqtisadi ittifaq yaradır, bununla bərabər orduları möhkəmlənir".
Politoloq əlavə edib ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi Rusiyanın bölgədəki ana strategiyasını təhlükəyə atıb: "Rusiyanın bölgədəki hədəfi Türkiyə və İranın təsirinin genişlənməsini əngəlləmək olub. Ancaq II Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədəki təsiri o qədər artdı ki, bunu Rusiyanın strateji uğursuzluğu kimi də başa düşmək olar".
*****
Bu uğursuzluğun məsuliyyətini və ya nəticələrini isə daha çox Ermənistan daşımalıdır. Yaranmış acınacaqlı durum həm də İrəvan üçün bir fürsət pəncərəsi açıb - Bakı və Ankaranın böyüklük göstərərək kapitulyant ölkəyə yaratdığı pəncərə. Qalır ondan istifadə eləmək. Əks təqdirdə nələrin baş verəcəyini gərək ki, İrəvanda yaxşı hesablayırlar.      
Bu arada blokadası davam edən Ermənistandan xaricə kütləvi köç sürətlənib və bundan dolayı xarici pasport çap edib vermək üçün kağız qıtlığı yaranıb. Yerli KİV-lər yazır ki, vətəndaşlar Pasport-viza idarəsinin regional bölməsindən pasport almağa gedəndə rədd cavabı alırlar. Vətəndaşlara kağız olmadığı üçün pasportun çap edilmədiyini deyiblər. Oxşar problemlə Ermənistanın Eçmiadzin, Malatya, Armavir və başqa rayonlarının sakinləri üzləşir. Mütəxəssislərin fikrincə, son zamanlar Ermənistandan mühacirət etmək istəyənlərin sayı artıb. Odur ki, xarici pasporta tələbat artdığından bu sahədə qıtlıq yaranıb.
Bu qəbildən demoqrafik, sosial-iqtisadi problemləri önləməyin tək çarəsi isə əlbəttə ki, Ermənistanın Rusiya ilə deyil, məhz Türkiyə və Azərbaycanla əlaqələri möhkəmlətməsidir. Paşinyanın Ərdoğana yalvarışının arxasında da əslində bu gerçəyin dərki dayanır. Bakı və Ankara Ermənistana heç kimin təklif eləmədiyi ən optimal "yol xəritəsi" təklif edib. Ancaq bu təklif əbədiyyən masa üzərində qalmayacaq...





1178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___