İlham Əliyev Britaniya Kraliçasına məktub göndərdi
Tarix: 10-06-2016 | Saat: 19:00
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.
"Xəbəraz.az " Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda qeyd edilir:
"Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz və 90 illik yubileyiniz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Siz dərin məzmunlu və şərəfli bir ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rifahına həsr etmişsiniz. Sizin həyat yolunuz Vətənə və xalqa böyük məhəbbət, sədaqət və ləyaqətlə xidmət nümunəsidir.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Sizin müstəsna xidmətləriniz vardır. Bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, əlaqələrimizin bütün sahələrdə gündən-günə genişlənməsi, bir sıra irimiqyaslı transmilli iqtisadi layihələrdə səmərəli əməkdaşlığımız və tərəfdaşlığımız xüsusi məmnunluq doğurur.
Ülyahəzrət,
Əlamətdar yubileyinizin qeyd olunduğu belə bir xoş məqamda şəxsinizə və ailənizə olan dərin hörmət və ehtiramımı xüsusi vurğulamaq istərdim. Ölkənizə rəsmi səfərim zamanı Sizinlə görüşümüzü Mehriban xanımla birlikdə həmişə ən xoş təəssüratlarla xatırlayırıq.
Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".
Xəbəri paylaş
7478 dəfə oxunub.
Digər xəbərlər

11-11-2015, 22:16
Braziliyada ən cəlbedici ombanın sahibəsini seçdilər – FOTO
2-08-2019, 18:01
Evlənmədən cinsi əlaqəyə girdiyi üçün qamçılandı! - FOTOLAR
13-02-2018, 12:37
"Əfşana görə ailə qurmadım" - Vasifin bacısı
17-06-2015, 14:44
Tiflisdən qaçan pinqvin Azərbaycana gəldi
30-03-2018, 12:53
KÜLƏKLƏ ƏLAQƏDAR BAKI MƏKTƏBLƏRİNDƏ DAVAMİYYƏT AŞAĞI DÜŞÜB - RƏSMİ
19-11-2015, 12:53
“Land Cruiser” dəhşətli qəza törətdi: ölənlər var
19-04-2015, 14:04
"Ermənistana qapımız açıqdır, Qarabağ problemini həll etmək şərtilə" - Ərdoğan Demirtaşı terrorçu adlandırdı
15-07-2017, 10:44
Selfi çəkmək istəyən qız 200 min dollarlıq eksponatı qırdı - VİDEO
9-09-2020, 18:35
Restoran sahiblərinə - Xəbərdarlıq