Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bu cinayət cəzasız qala bilməz" — Qənirə Paşayeva 14 yaşlı "qatil" uşaqdan yazdı
Tarix: 05-05-2017 | Saat: 15:54
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər



Millət vəkili Qənirə Paşayeva son günlər çox müzakirə edilən məlum qəza məsələsinə reaksiya göstərib.

Millət vəkili "Porsche" markalı avtomobil ilə 24 yaşlı qızın həyatına son qoyan 14 yaşlı azyaşlı barədə şəxsi "Facebook" hesabında fikirlərini bölüşüb: 

"Bir az öncə çox bahalı avtomobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. "İçki içərkən, qəlyan çəkərkən və sair" -və həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə "ata-analar öz övladlarını necə bədbəxt edirlər"- deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır. İlk öncə 24 yaşlı gənc ananın ölümündə günahkardır. Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə ailə günahkardır (Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa hansı addımlardır ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək).
 Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təəssüf, qınaq və hiddət hissi ilə... Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə, heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozaları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsun. Onsuz da sizin pulunuz Allah nəsib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tərbiyəsinə... Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozalar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksinə, nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcəklər. Amma bu cinayət cəzasız qala bilməz və qalmamalıdır. Zəngin insanlar bu hadisəyə, insanların haqlı hiddətinə, qəzəbinə, etirazına diqqətlə yanaşmalı və dərs almalıdırlar. Müvafiq qurumlar da ciddi tədbirlər görməlidirlər. Qanunlar qarşısında hamı eyni olmalıdır. "Porsche" markalı avtomobil də, onun sahibi də qanun və qaydalardan üstün deyil ve olmamalıdır.
Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur".


Xəbəri paylaş

1 3628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___