“Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” - XİN
Tarix: 12-07-2020 | Saat: 21:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Aktual | çapa göndər
"İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.
"Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.
Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır. Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Allah şəhidlərimizə rəhmət eləsin."-deyə, məlumatda bildirilib.
Xəbəri paylaş
1 1388 dəfə oxunub.
Digər xəbərlər

31-07-2016, 12:30
Bina uçdu: 5 ölü, 30-a yaxın insan dağıntılar altında qaldı
21-04-2018, 16:11
Səttar Möhbalıyevə AĞIR İTKİ
12-01-2016, 19:11
Ölümcül epidemiya - Donuz qripinin əlamətləri Ölümcül epidemiya - Donuz qripinin əlamətləri
29-03-2015, 19:24
Xalq artisiti Şəfiqə Məmmədovaya fəxri diplom verildi
30-06-2015, 16:15
Silikon qoydu, sinəsi partladı - Çox dəhşətlidir - VİDEO
7-06-2023, 09:49
Toy gecəsi FACİƏ: Bəylə gəlinin yataq otağında meyitləri tapıldı
29-06-2017, 23:51
Evlilikdən “imtina etdirən” 8 QƏRİBƏ ADƏT - FOTOLAR
12-05-2017, 20:51
Vurulan hamilə qadın doğuşa qədər bədənində güllə ilə yaşayacaq -FOTO
28-04-2016, 01:22
Toyundan 1 həftə sonra evdən çıxan Gülnarə geri qayıtmadı - FOTO
20-05-2015, 16:27
Prezident Riqaya niyə getmədi?