Körpələrin ölümü ilə əlaqədar cinayət işi açıldı
Tarix: 21-06-2016 | Saat: 14:34
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
İyunun 21-də Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsində yeni doğulmuş üçəmlərdən ikisinin vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib və saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbəblərdən körpələrdən ikisi vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb.
Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.
Eyni zamanda cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək.
Xəbəri paylaş
6748 dəfə oxunub.
Digər xəbərlər

10-09-2021, 10:44
Özünü su quyusuna ataraq intihar etdi - Masallıda
10-03-2021, 17:11
Fransız ekspert: Makron anladı ki, Ərdoğanla münaqişə olmaz
13-10-2018, 12:06
Sürüşmə baş verən ərazidə vəziyyət ağırlaşıb - RƏSMİ AÇIQLAMA
21-11-2017, 15:19
“Kara Sevda” BİRİNCİ OLDU - FOTO
24-09-2015, 16:39
Coca colanın tərkibinə süd qarışarsa
3-04-2016, 10:56
Dünənki döyüşdən sonra Əliyev və Sarkisyan - Fotolar
14-02-2016, 18:55
Rəşad Sadıqov ciddi zədə aldı
20-04-2015, 13:45
Sabunçuda məktəbli intihar etdi
6-02-2017, 00:56
İtkin düşən yol polisinin taleyi necə olacaq? - DİN-dən açıqlama
13-05-2015, 01:38
“Novıye İzvestiya” qəzetində Heydər Əliyevə həsr olunmuş məqalə. - FOTO