Azərbaycanda banka haker hücumu olub
Tarix: 24-08-2019 | Saat: 17:42
Bölmə:Bütün xəbərlər / M / İqtisadiyyat / Araşdırma | çapa göndər
“Bank of Baku” ASC-nin müştərilərinə hədəflənmiş fişinq xarakterli kiber-hücum cəhdləri olub.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) məlumat yayıb.
Bildirilib ki, naməlum hakerlər tərəfindən "Facebook" sosial şəbəkəsində reklam kampaniyasının yayımlanması məqsədilə müxtəlif səhifələr yaradılıb, səhifənin loqotip hissəsində bankın rəsmi loqotipi yerləşdirilib, məzmununda isə həmin bankın reklam kampaniyalarında istifadə etdiyi fotoşəkillərə oxşar şəkillər yüklənərək üzərində həqiqətə uyğun olmayan müxtəlif cəlbedici vədlər qeyd edilib.
“Reklam kampaniyasında istifadə olunan paylaşımda "Bank of Baku" ASC-nin "Instagram" sosial şəbəkəsindəki səhifəsi barədə məlumatlar yer alsa da, üzərinə klik etdikdə müxtəlif adlı domenlərdə fəaliyyət göstərən "fişinq" məzmunlu saytlara keçid təyin edilib (www.bankoffbaku.com). Qeyd olunan saytlar KİMM tərəfindən Azərbaycan vətəndaşlarını mümkün kiber-təhdidlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış "Qara siyahı" (blacklist.gov.az) xidmətində qara siyahıya salınıb. Vətəndaşlardan yalnız müvafiq banka məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir, oxşar hallarla qarşılaşdıqları halda KİMM-ə məlumat vermələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
Xəbəri paylaş
6668 dəfə oxunub.
Digər xəbərlər

30-08-2022, 12:09
Energetik içkidən 1 saat sonra tromb əmələ gələ bilər - Xəbərdarlıq
14-02-2016, 22:47
“Ukrayna böhranı 15 il davam edə bilər”
24-09-2019, 13:32
Vurğun Əyyub vəfat etdi
5-05-2017, 13:01
“Qanuni oğru”ların savaşı: “Lotu Quli”- həm öndə, həm hədəfdə...
28-11-2021, 16:04
İlham Əliyev rəsmi naharda iştirak edib
9-10-2018, 10:51
"Bütün günü salonlarda yatır, yenə də düzəlmir" - 4 uşaq anası olan Elnarəni tənqid etdilər
28-11-2019, 07:46
Dünyanın ən gənc milyarderi qızını bu evdə böyüdür - FOTO
6-11-2018, 15:31
Bakıda iyrənclik: Kişi azyaşlı qızlara qarşı seksual hərəkətlər etdi
26-04-2023, 11:08
Sərhəddə bayrağımızın ucaldılmasını Prezidentə kim məruzə etdi? - VİDEO