Ana Sayfa > Bütün xəbərlər / M / İqtisadiyyat / Araşdırma > Azərbaycanda banka haker hücumu olub

Azərbaycanda banka haker hücumu olub


24-08-2019, 17:42. Yazar: Xeberaz
Azərbaycanda banka haker hücumu olub
“Bank of Baku” ASC-nin müştərilərinə hədəflənmiş fişinq xarakterli kiber-hücum cəhdləri olub.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) məlumat yayıb. 
Bildirilib ki, naməlum hakerlər tərəfindən "Facebook" sosial şəbəkəsində reklam kampaniyasının yayımlanması məqsədilə müxtəlif səhifələr yaradılıb, səhifənin loqotip hissəsində bankın rəsmi loqotipi yerləşdirilib, məzmununda isə həmin bankın reklam kampaniyalarında istifadə etdiyi fotoşəkillərə oxşar şəkillər yüklənərək üzərində həqiqətə uyğun olmayan müxtəlif cəlbedici vədlər qeyd edilib. 
“Reklam kampaniyasında istifadə olunan paylaşımda "Bank of Baku" ASC-nin "Instagram" sosial şəbəkəsindəki səhifəsi barədə məlumatlar yer alsa da, üzərinə klik etdikdə müxtəlif adlı domenlərdə fəaliyyət göstərən "fişinq" məzmunlu saytlara keçid təyin edilib (www.bankoffbaku.com). Qeyd olunan saytlar KİMM tərəfindən Azərbaycan vətəndaşlarını mümkün kiber-təhdidlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış "Qara siyahı" (blacklist.gov.az) xidmətində qara siyahıya salınıb. Vətəndaşlardan yalnız müvafiq banka məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir, oxşar hallarla qarşılaşdıqları halda KİMM-ə məlumat vermələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub. 
Geri dön