Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərhəddə bayrağımızın ucaldılmasını Prezidentə kim məruzə etdi? - VİDEO
Tarix: 26-04-2023 | Saat: 11:08
Bölmə:Karusel / M / Gündəm | çapa göndər

Sərhəddə bayrağımızın ucaldılmasını Prezidentə kim məruzə etdi? - VİDEO


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub. Həmin məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub.

Məlumata görə, yeni qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub. 

Məruzəni Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovdur.

35 yaşlı B.Ələkbərov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. O, Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

Məruzəni təqdim edirik:

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - məruzədə deyilib.





Xəbəri paylaş

4768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___