Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini HƏLL ETDİ
Tarix: 19-12-2018 | Saat: 10:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dekabrın 18-də bir qrup şəhid ailəsi ağızlarını qapayaraq, “SUS!”şüarı ilə birdəfəlik ödəmə ala bilmədiklərinə görə yenidən etiraz aksiyası keçirib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, narazı vərəsələrin sayı o qədər də çox deyil:
“Hər bir şikayət fərdi qaydada araşdırılır və nəticələr barədə özlərinə məlumat verilir”.
F.Talıbov indiyədək araşdırılan şikayətlərdə bir nəfərin haqlı olduğunun müəyyənləşdiyini bildirib:
“Həmin şikayətçi bildirirdi ki, “nazirlik pulu mənə vermir”. Araşdırma zamanı məlum oldu ki, aidiyyəti notariat kontoru tərəfindən nazirliyinin elektron sisteminə məlumat ötürülən zaman sistem test rejimində fəaliyyət göstərdiyindən müvafiq sənədlər bizə daxil olmayıb. Vətəndaşın müraciətindən sonra aidiyyəti notariat kontoru ilə danışıqlar aparılıb və sənədlərin yenidən göndərilməsi təmin edilib. Belə ki, ötən noyabrın 29-da şəhidimizin vərəsəsinin sənədləri nazirliyə daxil olub və aidiyyəti üzrə işçi qrupu tərəfindən baxılıb. Həmin vərəsənin birdəfəlik ödəmə almaq hüququ təmin edilib”.
Qeyd edək ki, haqlı şikayəti təmin edilən şəhid hərbi qulluqçu Tahir Xasməmmədovun qardaşı Qazax rayon sakini Firuz Xasməmmədovdur.


Xəbəri paylaş

4118 dəfə oxunub.

Digər xəbərlər
13-05-2015, 02:23 Körpü belə uçdu-FOTO

bütün xəbərlər
____ Instagram ___