Azərbaycanın qaza artan tələbatını “Qazprom” ödəyəcək
Tarix: 16-09-2015 | Saat: 10:32
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Rusiyanın “Qazprom” korporasiyası və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyadan Azərbaycana qaz tədarükünün bərpa edilməsinin perspektivlərini müzakirə ediblər
Bu barədə “Qazprom” şirkətindən “TASS” xəbər agentliyinə daxil olmuş press-relizdə bildirilir.
“Tərəflər enerji sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət “Qazprom” tərəfindən Azərbaycana təbii qaz tədarükünün bərpa edilməsindən gedib”, deyə məlumatda qeyd olunub.
Məlumatda vurğulanır ki, qaz ixracı Azərbaycanın bu enerji daşıyıcısına artan ehtiyaclarını ödəməyə imkan verəcək.
Qeyd edək ki, “Qazprom” korporasiyasının rəhbəri Aleksey Miller və SOCAR prezidenti Rövnəq Abdullayev arasında görüş ötən gün Rusiyanın Sankt Peterburq şəhərində baş tutub.
Xatırladaq ki, “Qazprom”la Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə 2009-cu ilin oktyabrında bağlanılıb. Müqaviləyə əsasən, qazın nəqli 1 yanvar 2010-cu ildə başlanıb. 2012-ci ilin yanvarında isə tərəflər qüvvədə olan müqaviləyə əlavəni imzalayıblar.
2013-cü ildə Rusiyaya nəql olunan Azərbaycan qazının həcmi 1,4 mlrd kubmetr olub, 2014-cü ildə bu göstərici 0,21 mlrd kubmetrə enib.
2015-ci ildə Azərbaycan Rusiyaya qaz nəqlini dayandırıb. (apa)
Xəbəri paylaş
5498 dəfə oxunub.
Digər xəbərlər

24-01-2020, 13:21
"Gəncədəki körpələr evinə aparılan ərzaq və paltarlar səhəri gün yoxa çıxır" - Kamil Zeynallı
8-07-2015, 19:28
Üzdəki tükləri təmizləyən TƏBİİ ÜSUL
23-06-2017, 11:23
“Qadınsız yaşamaq əzabdır...” - Musa Yaqub + Video
10-10-2019, 04:05
İran rusiyalı jurnalisti sərbəst buraxdı
8-04-2017, 14:32
İstirahət gününün HAVAsı
5-10-2016, 19:59
"Kerrinin ermənilərlə yaxınlığını təsdiq edən faktlar var"
15-09-2017, 12:01
Aşıq Ədalətin nəşi evindən çıxarıldı - Qızının halı pisləşdi
19-01-2018, 17:05
Ordumuz şəhid verdi
21-02-2019, 11:58
Şəhid olduqdan bir dəqiqə sonra qızından mesaj gəlmişdi: "ATA, SALAMAT QAL..." - FOTOLAR
25-08-2016, 17:21
Lənkəranskinin oğlu ilə FOTOSU