Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada adam öldürdü, Ukraynada deşik-deşik etdilər - Azərbaycanlının dəhşətli qətlinin DETALLARI
Tarix: 20-07-2017 | Saat: 17:23
Bölmə:Karusel / Hadisə | çapa göndər

 
Ukraynanın paytaxtı Kiyevdə güllələnərək öldürülən azərbaycanlı Asif Məmmədovla bağlı bəzi məqamlara aydınlıq gəlib.
 
Məlumata görə, Məmmədov 3 il bundan əvvəl Rusiyanın Novokuznetsk şəhərində  50 yaşlı bir Azərbaycan vətəndaşını qətlə yetirib. Hadisə şəhərdəki “Uyut” otelində baş verib. Məmmədov həmyerlisinə tapançadan atəş açaraq bir neçə güllə vurub.
 
Bundan sonra hadisə yerindən qaçan Məmmədov Rusiyanın bir neçə şəhərində gizlənib. Artıq ələ keçəcəyini anladıqdan sonra isə Ukrayna sərhədlərini keçərək Kiyevdə məskunlaşıb.
 
Məmmədov Kiyev metropoliteninin “Çerniqov” stansiyası yaxınlığındakı “Prospekt” əyləncə mərkəzinin qarşısında öldürülüb. Ona atəş açan iki nəfər olub. Killerlər Məmmədova ümumilikdə 20 güllə vurublar.
 
**
15:03
Dünən Kiyevdə qətlə yetirilən Rusiya vətəndaşının kimliyinə aydınlıq gəlib. Məlumata görə, bu şəxs milliyətcə azərbaycanlı, Rusiyanın Altay diyarında qeydiyyatda olan Asif Məmmədovdur.
 
O, qətl hadisəsinə görə Rusiya Federasiyası tərəfindən axtarışa verilibmiş. Onun qisas zəminində qətlə yetirildiyi ehtimal edilir. (lent.az)


Xəbəri paylaş

1 0138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___