Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu
Tarix: 19-07-2018 | Saat: 17:05
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Göyçayda taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Xəbəraz.az "-a verilən məlumata görə, iyulun 19-da saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb.
Dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbəri paylaş
7618 dəfə oxunub.
Digər xəbərlər

31-08-2017, 11:24
Makron etiraf etdi: Putinlə razılaşmadıq
4-08-2015, 18:00
"Hərəyə bir qadın öldürək" - Yazıqların nə günahı?
24-03-2015, 20:57
Gədəbəydə kişini döyüb, qızını qaçırdılar.
28-09-2016, 14:47
Qobustanda 3 uşağı olan hamilə ana İNTİHAR ETDİ - ŞOK SƏBƏB
27-04-2016, 14:52
Neftdən 2016-cı il rekordu
9-05-2016, 15:42
Kansler istefa verdi
28-04-2015, 13:17
SOCAR prezidenti bəyanat verdi.
25-09-2021, 14:33
Sabah yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək
19-05-2017, 11:55
Azərbaycanda yol qırğını: 4 ölü, 16 yaralı