Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Hərəyə bir qadın öldürək" - Yazıqların nə günahı?
Tarix: 04-08-2015 | Saat: 18:00
Bölmə:Karusel / M2 / Ekskluziv | çapa göndər

"Hərəyə bir qadın öldürək" - Yazıqların nə günahı?
“Kaş kişi olardım, bu çətin dünyada rahat günüm olardı” dediyiniz vaxtlar olub?

Qadın olmaq çətindir. Qadınsansa yaxşı ana, qayğıkeş yoldaş olmağa məcbursan. Özünü unutsan da olar, əsas onların xoşbəxtliyidir. Bunlar seçim deyil, cəmiyyətimiz üçün qəbul olunan və bütün qadınların əməl etdiyi bir qanundur. Sən bunu etməlisən! Başqa yolu yoxdur. Qadından iş adamı olmaz, alim olmaz, polis olmaz. Çünki onların işə sərf edəcəkləri vaxtları olmur. Qadın uşaq dünyaya gətirir işə gedə bilmir, uşağı baxmalıdır və yenə işə gedə bilmir, uşaq xəstələndi işə gedə bilmir, ailədə problem yaşandı, rayondakı qohumlar yığılıb gəldi, bunları heç demirəm. Böyük işlər qadın üçün deyil. Onlar lobya təmizləməklə qələm tutmaq arasındakı fərqi ilk növbədə öz yaxınlarına başa salmalıdır. Əgər bunu edə bilmirsəniz, yaxud da qarşınızdakılar başa düşmürsə cəmiyyətdən nə gözləmək olar...(?)

Qadının poblemi bununla bitir, sizcə? Yox!

İllərdir qadınlar səslərini dünyaya eşitdirməyə çalışır. Hər gün öldürülən, şiddət görən, təcavüz olunan yüzlərlə qadın var. Utanc halmış kimi gizədilən bu proseslərə, təəssüflər olsun ki, cəmiyyət sərt reaksiya vermir. Bir-iki gün gündəmdə olur, sonra unudulur. Kişilərin hegemon olduğu bir mühitdə yaşamağın çətinliklərini, kişilər heç vaxt anlaya bilməz. Onu ancaq yaşayanlar bilər.

Belə bi nümunə göstərək. Ruth Orkin tərəfindən 1951-ci ildə çəkilən bu şəkil, bir kompazisiya deyil. İtaliyada küçədə yeriyən amerikalı bir qadın və ətrafındakı kişilərin qeyri-adi hərəkətləri tamamilə orijinaldır. Çoğrafiyalar dəyişsə də, zaman çox irəliləsə də qadın olmağın çətinlikləri heç vaxt dəyişməz.


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___