Ana Sayfa > Karusel / Hadisə / M2 > Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu

Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu


19-07-2018, 17:05. Yazar: Xeberaz

 
Göyçayda taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Xəbəraz.az "-a verilən məlumata görə, iyulun 19-da saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb. 
Dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz  əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.   




Geri dön