Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Biz super klub deyilik"
Tarix: 22-03-2015 | Saat: 01:10
Bölmə:İdman / Həftə-Reytinq | çapa göndər

"Biz super klub deyilik"
“Simurq”un futbolçusu Rəşad Eyyubovun müsahibəsi
- Millinin Malta ilə oyun üçün açıqlanan heyətində siz yer almamısız. Bunun səbəbini nədə görürsüz?
- Zədəli deyiləm. Millidən nə üçün kənarda qaldığımı bilmirəm. Çağırmayıblar. Bu, mənim üçün faciə deyil.
- Robert Prosineçkinin Antalyada keçdiyi ilk toplanışda siz də iştirak etmişdiz. Həmin vaxt baş məşqçi çıxışınızdan narazı qalmamışdı ki?
- Toplanış bir ay öncə olub. Odu ki, həmin toplanışda nəyin olması önəmli deyil. Burda iki variant var: ya milliyə çağırılırsan, ya da yox. Prosineçki mənim adımı heyətə daxil etməyib. Qorxulu bir şey baş verməyib.
- Topaz Premyer Liqasının XXVI turunda “Bakı”ya asanlıqla qalib gəldiniz. Yəqin ki, səfərdən 3 xalla qayıdacağınızı gözləyirdiz...
- “Bakı” üzərində asan qələbə qazandığımızı deməzdim. Rəqib bizimlə görüşə təkcə futbol oynamaq üçün yox, həm də müharibə etməyə çıxmışdı. Çox kobud oynayırdılar. Bu mənada, matç bizim üçün ağır keçdi. Ancaq “Simurq”un heyətində oyunun taleyini həll edə bilən futbolçular çoxdu. Bu dəfə Samir Zərgərov ön plana çıxdı və 2 baxımlı qol vuraraq, “Simurq”u qələbəyə daşıdı.
- Necə düşünürsüz, “Simurq” avrokuboka vəsiqə əldə edə biləcəkmi?
- Əgər bütün oyunları qələbə ilə başa çatdırsaq, təbii ki, əldə edəcəyik. Məncə, 4-cü yer uğrunda daha gərgin mübarizə gedir, nəinki çempionluq.
- Avroliqaya ölkə kubokunu qazanmaqla da gedə bilərsiniz...
-Biz super klub deyilik və kubokda hər il yarımfinala vəsiqə qazanmırıq. Yarımfinalda “Simurq”u “Qarabağ”la çətin sınaq gözləyir. Hər iki oyun bizim üçün böyük önəm kəsb edəcək.
- Sizcə, “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq mümkün olacaqmı?
- Şanslar bərabərdi. Kim daha istəkli oynayacaqsa və meydanda daha çox güc sərf edəcəksə, o da finala adlayan tərəf olacaq.
- Mətbuatda “Simurq”un da maliyyə vəziyyətinin pisləşməsi, futbolçuların maaşlarını ala bilməməsi haqda xəbərlər yayılıb...
- Mən də bu məlumatla tanışam, mətbuatdan oxumuşam. Bizə heç kim bir söz deməyib. Maaş məsələsinə gəlincə, “Simurq”da heç vaxt gecikmə olmayıb. Arada 1-2 həftəlik gecikmə ola bilər ki, bunu da normal qarşılamaq lazımdı (apasport.az).


Xəbəri paylaş

1 0098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___