Tarix: 11-08-2022 | Saat: 01:28
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər
Naməlum şəxslərin sosial şəbəkələrdə vətəndaşları işə düzəltmək adı ilə onların kart məlumatlarını əldə edib daha sonra hesabda olan pul vəsaitlərini talamaları barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.
Bu məqsədlə onlar müraciət edən vətəndaşların kart məlumatlarını əldə ediblər. Daha sonra onlar kartlardakı vəsaitləri öz hesablarına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıblar. Məhəmməd Babazadə və Güləli Kazımovun bu müddət ərzində onlara müraciət edən 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarda olan pul vəsaitlərini taladıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhəmməd Babazadə və Güləli Kazımovun ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşlara elan, onlayn alış-veriş saytlarında, eləcə də bu tipli platformalarda yerləşdirilən və ilk baxışdan insanların diqqətini cəlb edən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, bank kartlarında olan məlumatları heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik.
Xəbəri paylaş
Digər xəbərlər