Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat İqbal Məmmədovun 10 milyon manat vergi borcu aşkar oldu
Tarix: 26-03-2022 | Saat: 22:54
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Aktual | çapa göndər

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.
Qafqazinfo.az”ın məlumatına görə, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında da öz əksini tapıb.
Belə ki, şirkətin 1600019501 nömrəli VÖEN-i üzrə sorğu verən zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxır.

Əldə etdiyimiz digər məlumata görə, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Maraqlı məqam ondan ibarətdir ki, Lerikin deputatı bir müddət əvvəl mətbuata açıqlamasında “Kaspi Yıldız”la bağlı danışarkən şirkətin onun adına olması ilə bağlı iddiaları təkzib etmişdi:
“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki…”
Onu da bildirək ki, İqbal Məmmədovun şirkətinin vergi borcuna görə Milli Məclisin İntizam Komissiyasına da müraciət olunmayıb.
Turantv.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib ki, deputat İqbal Məmmədov haqqında mətbuatda yayılan məlumatlarla bağlı parlamentin İntizam komissiyasına müraciət daxil olmayıb.
O qeyd edib ki, yayılan iddiaların həqiqətə uyğun olub-olmadığı vergi strukturları tərəfindən araşdırılmalıdır:
“Müvafiq qurumlar iddialarla bağlı araşdırmadan sonra konkret yanaşma ortalığa qoymalıdır. İddialar təsdiqini taparsa, Milli Məclisin İntizam komissiyasına müraciət olunarsa, məsələ müzakirəyə çıxarıla bilər.
Xatırlatmaq istəyirəm ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, millət vəkillərinin bizneslə məşğul olmaq hüququ yoxdur. Əgər rəsmi şəkildə deputatın bizneslə məşğul olduğu təsdiqlənərsə, o, Milli Məclis üzvlüyündən çıxarılacaq”.
Qeyd edək ki, Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
Deputat mandatından məhrum edilmə proseduruna gəldikdə isə, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin Sədri
Milli Məclisin deputatı haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə 2 həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin Sədrinə təqdim edir.
Xatırladaq ki, İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.




Xəbəri paylaş

5038 dəfə oxunub.

Digər xəbərlər
27-12-2015, 19:08 Bakıda ət bahalaşıb

bütün xəbərlər
____ Instagram ___