Saxta dollarla aldana bilərsiniz - XƏBƏRDARLIQ
Tarix: 10-01-2016 | Saat: 09:29
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər
Hazırda ölkə üzrə yaşanan dollar ajiotajına görə “qara bazar” aktivləşib. Müşahidələr göstərir ki, milli valyuta kəskin ucuzlaşanda inzibati yolla saxta pullara qarşı mübarizə aparılması bəzən effektiv nəticə vermir.
Tələb təklifi üstələyir, “qara bazar” formalaşır, burda isə kifayət qədər saxta dollar dövriyyəyə buraxılır.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az saytına deyib ki, bazarda tələb çox, təklif azdırsa, bu, bütün hallarda gərginlik yaradır.
“Dollara tələbin artmasından istifadə edənlər bazara saxta məhsul çıxarılmasına meylli olurlar. Hazırda dollara çox böyük tələbat var. Artıq “qara bazar” formalaşıb. İnsanlar istədikləri vaxt dollar tapa bilmir, əziyyət çəkirlər. Bu məqamda bazarda saxta dolların peyda olması ehtimalı çox yüksəkdir.
İqtisadçı valyuta mübadiləsi zamanı insanları son dərəcə diqqətli olmağa çağırır:
“Hazırda problemin qarşısının alınması imkanları da çox məhdud və yox səviyyəsindədir.
Proseslər “qara bazar”da baş verdiyindən ajiotaj içərisində olan insanlar o an mübadilə proseslərini rəsmiləşdirmədən, kassa qəbzləri olmadan valyutanın saxta olub-olmadığını yoxlamağa imkan tapmır.
Dəyişdirdiyi dolların saxta olduğunun fərqinə vardığı anda isə bunu kimdən, necə aldığını sübut etmək çətin olur. Hazırda valyuta bazarında baş verən proseslər ölkədə saxta dolların artması ehtimalını gücləndirir.
Dünya praktikası da göstərir ki, istənilən ölkənin böhran dövrlərində saxta valyuta satışı artıb. Proseslər qeyri-leqal getdiyinə, insanlar təsadüfi proseslərin içərisində olduğuna görə böyük əksəriyyət bu prosesdə uduzur
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

25-08-2016, 22:06
“WhatsApp” məlumatlarınız “Facebook”da - ehtiyatlı olun
12-07-2015, 12:43
Bütün yol bağlandı, səbəbi isə... - Dünyanı dolaşan - FOTOLAR
12-11-2022, 12:06
Kəlmeyi-şəhadətlə başını kəsdi - "Lider TV"də işləmiş qadının qətlinin ŞOK DETALLARI
23-07-2016, 20:19
“Apreldən sonra ermənilər qarşısında bir çağırış durur - Qarabağ məsələsini həll etmək!”
28-04-2017, 00:48
Günün qoroskopu: illüziyalardan qurtulmağa çalışın
11-04-2021, 03:54
ERMƏNİ QOHUMLUĞU OLANLAR VƏZİFƏLƏRƏ NECƏ VƏ NİYƏ GƏTİRİLİB? – Onları bəzi qurumlarda qəsdən “bulağın gözündə” otuzdurublar ki...
16-10-2015, 15:38
Arvadını boşamaq istəmədi, özünü vurdu
26-08-2016, 14:50
Qızları Mehriban Əliyevanı belə təbrik etdi - FOTOLAR
19-01-2020, 18:32
Ağdamda yol qəzası - ölən və yaralananlar var
26-11-2018, 10:54
Acunla Şeyma boşanır