Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Özünü tanımayan, millətini tanıyarmı?Atalarımızdan qalma gözəl bir deyim var:-" Hürüşünü bilməyən it, örüşünən qurd gətirər".
Tarix: 08-11-2021 | Saat: 15:40
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Xəbəraz-ın debatı / Araşdırma | çapa göndər

Özünü tanımayan, millətini tanıyarmı?Atalarımızdan qalma gözəl bir deyim var:-" Hürüşünü bilməyən it, örüşünən qurd gətirər".
Əcəba kim bu hürüşün sahibi?
Gəlin bərabər tanıyaq. 
Ləyaqətsiz davranışları və iyrənc danışıqları ilə son zamanlar ictimayyətin qulağını və ğözünü yağır edən Qurban Məmmədov  bu dəfə də ŞƏHİDƏ dil uzatdı.
2016-cı ilin aprel döyüşlərində və 44 günlük Vətən mharibəsində vuruşaraq şəhidlik zirvəsinə ucalan igidlərimiz Babək Səmidil ilə Vasif Quliyev  barəsində insanlığa sığmayan iyrənc sözlər söyləyib. Əslində Qurban Məmmədov Şəhidləri deyil, özünü təhqir edir. 
Şəhid Vasif Quliyev barəsində söylədiyi "QATİL" ifadəsi onun hər bir sahədə olduğu kimi, hüquq sahəsində də nə qədər savadsız olduğunu ortaya qoyur. 
Öncəliklə Qurban Məmmədov bilməliydin ki, QATİL ifadəsi agır ittihamdır. İttiham sübuta yetirilməyib böhtandır. Demək ki,  özünün böhtançı olduğunu təsdiq edir. İkinci bir tərəfdən nəzər saldıqdan isə onun Vasif Quliyevi qatil adlandırması heç də təəccüblü deyil. Ötən yazılarımızın birində Qurban Məmmədovun Rusiyanın agentləri olduğunu qeyd etmişdik. Öz xalqını, millətini xarici qüvvələrə satan birisi üçün erməniyə silah doğrultmuş hər bir şəhid, qazı, veteran "QATİL"dir.
Qurban Məmmədov hal-hazırda Avropanın ğobəyində, Londonda yaşayır. Şanlı qələbəmizdən artıq bir il ötür
 Bir ilin içərisində bunca sərvətə sahib Q.Məmmədov hansı şəhid balasının başını oxşayıb? Hansı qazini xəstə yatağında ziyarət edib? Hansı bir şəhid anasına təsəlli verib?
Keçmişdə ata-babalarımız birisi haqqında fikir soylədikdə "onun yeddi arxa dönəminə bax"deyərdilər. Biz müasir dövrdə özümüzu babalarımızdan ağıllı hesab edib, genetika elminin ortaya atmışıq. Sual edərsiniz ki, mövzunun genetika ilə nə də əlaqəsi?
Qurban Məmmədovun bu qədər xalqına düşmən kəsilməsi, vətən uğrunda canlarından keçmiş oğullarımızı qatil adlandırması düşüncələrdə həqiqətən də bu millətin nümayəndəsi olmaması  ehtİmalını gerçəkliyə çevirir. Kim bilir yeddi arxa dönəmi hansı köklərə dayanır.
Məhz bu səbəbdən qələbəmizdən sonra həyat ona zindan olub. Xalqın ən həssas tərəfi olan şəhidlər və səhid Vasif Quliyev barəsində qatil kəlməsini söyləməklə az da olsa millətə olan nifrətini soyutmağa çalışır. Sadəcə xatırlatmaq istəyirik  ki, "qatil" dediyi Vasif Quliyevlə, Babək Səmidillə və minlərlə şəhidimiz, qazimizlə bir gecə belə səngərdə sabahlamadığı halda onların adını çirkin ağzına almaqdan utansın. 
Bu gün Vasif Quliyevin atası, dayısı, döyüş yoldaşları Qurban Məmmədovun bu hərəkətindən haqlı olaraq narazılıq edirlər. Tək onlar deyil, hər bir azərbaycanlını qəzəbləndirir. Sonunda isə onu düşünürük ki, düşmən hər zaman düşmənliyini edəcək. Xüsusiylə də böyük qələbəmizin ildönümü  ərəfəsində müqəddəsimiz olan şəhidlərimizə atdığı iftira ilə xarici havadarlarının gözünə girməyə çalışır. 
Xarici havadarlarının bundan öncəki tapşırığı ilə Tər-tər hadisələrini ortaya atıb, cəmiyyətdə qarşıdurma yaratmağa çalışan buyruq qulu Qurban Məmmədov öz məqsədinə çata bilməməyin qəzəbini soyuda bilmir. Xüsusiylə onun Azərbaycan Hərbi Prokurorluğuna qarşı yönəlmiş çirkin niyyətini dürüst şəkildə alt-üst edən qanun keşikçilərindən aldığı əsaslı cavab dişlərini daha da qıcarttdı. 
Bu və bunun kimilər hələ də başa düşmürlər ki, senari qurduqları Tər-tər hadisələrinin uğursuz "performansı" onların itmiş nüfuzunu geri gətirə bilməz. 
Eyni zamanda onların Respublika Hərbi Prokurorluğuna, Azərbaycan dövlətinə, Müdafiə Nazirliyi və ümumilikdə silahlı qüvvələrimizə  qarşı söylədikləri ləyaqətsiz ifadələri, şəhidlərə atdıqları böhtan qayaya əsən dəli küləyə bənzər ki, onun üçün də atalar demişkən "yel qayadan nə aparar?" 
Əksinə, Qurban Məmmədovun olmayan ismetini ifşa edər, yaltaqlıq səylərini artırar, ağalarının "moladçı" tərifini çoxalar.
Bizdə Qurban Məmmədova 
"gözəgirmək" peşəsində "uğurlar"arzulayırıq.
Tərifə Maqsudova
"Xeberaz.Az"


Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
16-11-2017, 12:20 Sabaha olan hava proqnozu
28-11-2021, 14:26 Qaxda bıçaqlanma

bütün xəbərlər
____ Instagram ___