Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtovağzalda qanunsuz pul yığılır - 1 manat tələb olunur
Tarix: 02-09-2016 | Saat: 10:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Avtovağzalda qanunsuz pul yığılır - 1 manat tələb olunur
Bakı Beynəlxalq Avtovağzalına girən sürücülərdən 1 manat dayanacaq pulu alınır. Ancaq bunun müqabilində verilən qəbz çıxışda onlardan geri tələb olunur. Hüquqşünaslar bildirirlər ki, avtovağzalda sürücülərdən pul almaq qanunsuzdur.

Sürücülər əvvəlcə heç bir ödəniş etmədən qəbzi alıb Avtovağzala daxil olurlar. Çıxdıqda isə, onların qarşısı şlaqbaumla bağlanır. Sürücü 1 manat pul verdikdən sonra isə, yol açılır. Bakı Beynəlxalq Avtovağzalına daxil olmaq üçün giriş hissədə minlərlə sürücüdən qanunsuz pul alınır.

Sürücülərə girişdə verilən qəbz ödəniş edildikdən sonra onlardan geri alınır. Bunu yoxlamaq üçün özümüzdə avovağzala daxil olduq. Bununla yanaşı, Avtovağzalın girişində pullu dayanacağa daxil olmağı bildirən heç bir nişanda qoyulmayıb.

Hüquqşunas Anar Ramazanov isə deyir ki,qanuna görə,vətəndaşlara verilən qəbz sonradan onlardan geri alınmamalıdır.Bununla yanaşı ,avtovağzalda sürücülərə təqdim olunan qəbzin heç bir hüquqi əsası yoxdur.Çünki,Maliyə Nazirliyinin qərarı ilə bu formada verilən qəbzlər 2006-cı ildən etibarən ləğv edilib.

Ancaq,Bakı Beynəlxalq Avtovağzalının sözcüsü Məhəmməd Abdullayev sürücülərdən 1 manat alınmasının qanuni olduğunu deyir.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___