Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn
Tarix: 21-07-2016 | Saat: 17:02
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

Fateh Sultan Məhməd İstanbulun fəthindən sonra Almaniya, İspaniya və Qərbi Avropanın müxtəlif bölgələrində zülmə məruz qalan yəhudilərə sahib çıxaraq, onları Osmanlı torpaqlarına köç etməyə dəvət edir. Ədirnə baş hahamı İsaq Zartafi də Güney Almaniyada yəhudilərə edilən zülmlərdən sonra qaçaraq Osmanlı dövlətinə sığınır. Haham müxtəlif ölkələrin təzyiqi altında yaşayan yəhudilərə Osmanlı dövlətinin hakimiyyəti altında olan ərazilərə köçmələrini tövsiyyə edən məktub yazır.

"Xəbəraz.az " Admiral.az-a istinadla baş hahamın həmin məktubunu təqdim edir:

“Almaniyadakı qardaşlarmızın ölümdən də betər durumda olduqlarını öyrəndim. Onu da öyrəndim ki, orada despot qərarlar əsasında işgəncələr, sürgün edilmələr adi bir hal alıb. Mənə dediklərinə görə, yağışdan qaçarkən doluya tuş gəlirlər. Zalımlar onlara əzab-əziyyət verərək hər gün zorla vergi yığırlar. Saxta papazlar, ruhanilər və keşişlər Allahın bu məzlum xalqına qarşı birləşiblər... Hətta Şərqə gedən xristian gəmisinə minən bir yəhudini dənizə atmaq üçün öz aralarında qərar da çıxarıblar. Təəssüflər! Almaniyada Allahın qövmünə qarşı belə pisliklər rəva görülür, onlara əziyyətlər verilir. Ora-bura sürülməkdən, olmazın işgəncələr görməkdən özlərinə ölüm arzulayırlar... Yaşadığınız zülmlər, işgəncələr bizə gəlib çatdı. Qatlanmaq məcburiyyətində qaldığınız acı və basqılardan xəbərim var. Din qardaşlarımın fəryadlarını eşidirəm. Adım İsak Zarfati, mən də oralarda doğulub böyüdüm. Fəqət öz ölkəmdən çıxarıldım.

Tanrının bərəkəti və gözəlliklərilə bol olan Türkiyə torpaqlarına gəldim və burada rahatlıq tapdım. Türkiyə sizin də rahat yaşayacağınız ölkədir. Əsil-nəcabətim fransalı olsa da, ancaq Almaniyada doğulub böyüdüm və sevdiyim ustadlarımın dizinin dibində oturub elm öyrəndim. Ancaq buna baxmayaraq, Türkiyə (Osmanlı ölkəsi) hər şeyin yolunda olduğu bir yerdir. Əgər istəyərsinizsə, bura sizin yaşamanız üçün ən uyğun ölkədir. Yaşadığınız ölkədən köçüb buraya gəlməlisiniz. Burada, türklərin torpağında sizin narahatçılığınıza səbəb olacaq heç bir şey yoxdur. Böyük nemətlər əldə edirik, qızıl və gümüş əlimizdədir. Ağır vergi vermirik, ticarətimiz sərbəst və yolunda gedir. Hər şey ucuz və boldur. Hər kəs sülh və firavanlıq içərisində yaşayır. Türklər tolerant insanlardır. Qardaşlarım, oyanın, işə başlayın, bizə qoşulun. Xristianlardansa müsəlmanların hakimiyyəti altında yaşamaq daha yaxşı deyilmi? Burada xalq xoşbəxtdir, hətta ən dəyərli geyimlər geyinmənizə icazə verilir. Odur ki, xristian ölkələrində xoşa gəlməyən köhnəlmiş rəngli paltarlar geyinməyə məruz qalmadan gəlin. Sizlər uşaqlarınıza könlünüz istədiyi paltarları belə geyindirməyə cəsarət edə bilmirsiniz. İcazə vermirlər”.


Xəbəri paylaş

5168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___