Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maşınların üzərinə sürüb "yaxşı edirəm" deyən sürücü SAXLANILDI - VİDEO
Tarix: 04-11-2021 | Saat: 18:36
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda əks yola çıxan sürücü cərimələnib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib: "Nizami rayonu M.Şərifli küçəsində əks yola çıxaraq axına qarşı hərəkət edən 01-CF-641 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü saxlanılıb. 1993-cü il təvəllüdlü Zeynalov Elvin Vəliəddin oğlu törətdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimə edilib".

Xatırladaq ki, 01-CF-641 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü oktyabrın 28-i paytaxtın M.Şərifli küçəsində hərəkət edərkən əks istiqamətli zolağa çıxaraq axına qarşı hərəkət edib. Görüntünü qeydə alan sürücü qəzadan yayınmaq üçün dayanıb və qayda pozan sürücüyə irad bildirib. O, səhvini boynuna almaq əvəzinə "yaxşı edirəm" deyərək özünü haqlı çıxarmağa çalışıb.

Təbriz





Xəbəri paylaş

9778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___