Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim, AMMA…”(VİDEO)
Tarix: 27-09-2021 | Saat: 17:11
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim, AMMA…”(VİDEO)
Astara RTŞ-nin müdiri Rəşad Həsənova 200 manat pul, 1 balon bal rüşvət olaraq verilməsi iddia olunur.

GUNinfo.az-ın elektron ünvanına göndərilən müraciətdə belə deyilir.

Astara “Təhsil Araşdırmalar Mərkəzi” tərəfindən redaksiyaya ünvanlanan müraciətdə deyilir:

“Bildiririk ki, Rəşad Həsənov son vaxtlar, demək olar ki, ən populyar təhsil müdiridir. Onun adı, haqsız işdən çıxartma, maxinasiya, rüşvət və bir çox “qaranlıq” işlərdə hallanmaqdadır.

YOXSUL VƏ HİMAYƏSİNDƏ ŞİKƏST UŞAĞI OLAN, Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərovanın dərs saatı təhsil müdiri tərəfindən kəsilərək, pul müqabilində başqasına verilib. Biçarə qadın da dərs saatının qayıtması üçün məlum banklardan birindən faizilə kredit götürüb R.Həsənova gətirib. Biçarə müəllimə təhsil müdirinə  200 manat pul və işinin bal kimi getməsi üçün də  1 balon bal verib. Amma, nə dərs saatı qayıdıb, nə də pul ilə bal…

Köməksiz müəllimə çıxış yolunu yuxarılara yazmaqda görür. Təhsil nazirinə və bir çox yerlərə müraciət etsə də ona yardım edən tapılmayıb. Pulu və haqqı əlindən alınmış Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərova, R. Həsənovun ondan rüşvət aldığını bir daha cəsarətlə bəyan edir və səsinə səs verilsin deyə mediada işıqlandırılmasını xahiş edir. Biçarə qadın həmçinin Prezident ilham Əliyevdən, Mehriban xanım Əliyevadan və DTX-nin rəisi Əli Nağıyevdən də kömək istəyir…”

GUNinfo.az Astara rayon Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərovanın haqların müdafiə edən  “Təhsil Araşdırmalar Mərkəzi” vasitəsilə ünvanlanan videosujeti təqdim edir:​https://guninfo.az/%c9%99yal%c9%99t/%c9%99lil-anasi-astara-rts-nin-mudirin%c9%99-200-manat-1-balon-bal-rusv%c9%99t-verdim-ammma-video/​​​
Facebook



Xəbəri paylaş

2928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___