Azərbaycan hökuməti antiböhran planı hazırlayır
Tarix: 29-12-2015 | Saat: 14:33
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
“Çətinliklər bölüşdürülməldir”.
Azərbaycan əhalisi zəif manata adaptasiya olmalıdır.
Xeberaz.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu fikirləri deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında çıxışında deyib.
“Bayramda ajiotajın yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra “qara bazar”dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər”, - deyə deputat bildirib.
Ə.Məsimli həmçinin 50%-lik devalvasiyanın bütün ağırlığının əhalinin üzərinə düşməsini düzgün saymır.
“Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya da restrukturizasiya - uyğun variantlar seçilməlidir”, - deyə Ə.Məsimli qeyd edib.
“Monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır. Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır.
Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək. Ümid edirəm ki, 2016-2017-ci illərin ağırlığını hökumət aradan qaldıra biləcək”, - deyə millət vəkili əlavə edib.
Ə.Məsimli qeyd edib ki, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin 25-30 dollar/barelə qədər enməsi ehtimalına hazır olmalı, Mərkəzi Bank isə bunun üçün iş görməlidir.
Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, hökumət və Mərkəzi Bank bu istiqamətdə tədbirlər planı hazırlayır.
“Yaxın günlərdə əhali bunu müşahidə edəcək”, - deyə parlamentin spikeri qeyd edib.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

28-04-2016, 10:18
Qarabağın həll formulu: Ağdərə təmizlənir, sonra…
19-11-2015, 14:20
Evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu zorlamağa cəhd göstər
24-08-2017, 18:07
“II vice Miss Azerbaijan 2016”dan yeni layihə -“Su pərisi”- Fotosessiya
28-11-2016, 11:33
Hadisə konsertində yarıçılpaq oxudu: - "Üşüməyəcəm" FOTOLAR
22-03-2021, 21:21
Azərbaycanlı “Dəmir adam” növbəti döyüşünə çıxır
11-09-2022, 16:11
Sarımsağı balla qarışdırıb yesəniz... - MÖCÜZƏVİ QARIŞIM
23-05-2016, 22:20
Bilgəhdə kütləvi dava: Xəstəxanalıq oldular
10-03-2019, 12:52
Əfv həftəsinə start verilir - Prezident onları azadlığa qovuşduracaq
1-12-2015, 13:58
DİN Bakıdakı partlayışla bağlı məlumat yaydı
18-12-2015, 11:04
Polis zabitinin atası axtarışa verildi