Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində, eləcə də orta məktəblərin yuxarı siniflərində (V-XI) yeni dərs ili başlayır.
"Xeberaz.Az" xəbər verir ki, tədris müəyyən istisnalar olmaqla ənənəvi qaydada həyata keçiriləcək.
Amma Elmi Şuraların qərarı ilə bəzi universitetlərdə mühazirələr onlayn şəkildə oxunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməlidir.
Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.
Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.
Bundan başqa, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yerləşən bufet və yeməkxanaların fəaliyyəti də bir sıra tələblər yerinə yetirilməklə bərpa olunub.
Qeyd edək ki, ali təhsilin bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16 920 tələbənin, orta ixtisas təhsili üzrə 57 693 subbakalavrın təhsil alacağı proqnozlaşdırılır.
2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılıb. IX sinifdə 132 881, XI sinifdə isə 91 538 şagird oxuyacaq.
Xatırladaq ki, ibtidai siniflər üzrə tədris sentybarın 22-də başlayıb
Yuxarı siniflərdə, ali məktəb və kolleclərdə dərslər BAŞLAYIR
Tarix: 29-09-2021 | Saat: 03:27
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər
Xəbəri paylaş
3538 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-09-2021 | Saat: 03:27
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
4-11-2015, 18:53
Vladimir Putin Leyla Əliyevaya medal təqdim etdi
5-08-2022, 16:34
"Survivor"ın məşhur cütlüyü evlənir
27-02-2017, 10:15
Azərbaycanlı jurnalist vəfat etdi
18-02-2016, 13:28
Müxtəlif ölkələrin gəlinlik libasları
6-05-2016, 19:59
Polkovnik ermənilərlə bağlı gürcülərə müraciət etdi
16-05-2020, 13:57
Bərdədə torpaq hahəsi usde Üsdə kütləvi dava düşüb 14 nəfər polis tərəfindən saxlanılıb
10-09-2020, 19:42
Salyanda FACİƏ: Ev sahibi yanaraq öldü
17-09-2019, 13:12
Həkim dedi ki, balanın 5 ay ömrü qalıb" - Zöhrə Abdullayeva (VİDEO)
5-08-2015, 21:00
"Qarabağ" - "Seltik" matçı - Heyətlər
19-07-2016, 07:11
Gənc müğənni mükafatlandırıldı (FOTO)