Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polkovnik ermənilərlə bağlı gürcülərə müraciət etdi
Tarix: 06-05-2016 | Saat: 19:59
Bölmə:M / Filmlər / Karusel | çapa göndər

Polkovnik ermənilərlə bağlı gürcülərə müraciət etdi
Azərbaycanın ehtiyatda olan polkovniki gürcü xalqına müraciət edib.

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Adil Həsənov APA-ya göndərdiyi müraciətdə qardaş gürcü xalqını ermənilərin bu fitnələrinə uymamağa çağırıb.

“Mən Gürcüstanda doğulub boya-başa çatmışam. Qəhrəman, igid, mərd, qonaqpərvər gürcü xalqı, tarixi və gürcü mədəniyyəti ilə yaxından tanışam və özümə doğma bilirəm. Odur ki, orada baş verənlərlə daim yaxından maraqlanıram. Bu günlərdə Cavaxetiya bölgəsində erməni separatçılarının qondarma erməni soyqırımı ilə bağlı keçirdiyi aksiya və orada baş verən insidentlər məni çox narahat etdi. Bu birinci hal deyil ki, Cavaxetiyada məskunlaşan ermənilər tərəfindən, onlara isti yuva vermiş və hərtərəfli qayğı ilə əhatə etmiş gürcü xalqına qarşı belə separatçı iddialar irəli sürülür.

Acınacaqlı odur ki, Gürcüstanda məskunlaşan və özlərinə gözəl yaşayış tərzi quran ermənilər, faşist ideologiyasına xas olan məşəlli yürüş keçirərək, ictimai asayişin pozulmasına rəvac verməklə yanaşı, sosial şəbəkələrdə Gürcüstanın dövlət quruluşuna, milli təhlükəsizliyinə zidd olan, eyni zamanda gürcü xalqını təhqir edən, konstitusiyasına hörmətsizlik nümayiş etdirən şərhlərin yayılması ilə də mütəmadi məşğul olurlar.

Gürcüstanı, qardaş gürcü xalqını sevən və çoxlu gürcü dostları olan bir insan kimi onları ermənilərin bu fitnələrinə uymamağa, diqqətli olaraq vaxtında qarşısının alınmasına çağırıram. Əks halda bu, gələcəkdə qardaş Gürcüstanın dövlətçiliyinə ciddi təhdid təşkil edərək orada da Dağlıq Qarabağda olduğu kimi separatçı münaqişənin alovlanmasına səbəb ola bilər”.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___