Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həsənlinin gizli videosu: o maddə ilə həbs olmayacaq
Tarix: 30-04-2021 | Saat: 14:20
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Məşhurların Taleyi | çapa göndər

Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə intim videolarının yayılması ilə bağlı CM-in 242-ci maddəsi ilə cinayət işi açılıb. İntim görüntüləri yayan şəxs də artıq müəyyən edilib. Bu maddəyə görə, təqsirləndirilən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Bu sözləri  açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, bu maddə ilə təqsirləndirilən şəxsin həbsi real görünmür:
“Ancaq istintaqın gedişində o şəxsə eyni zamanda 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə də ittiham irəli sürülə bilər. Bu maddənin cəzası da 242-ci maddə ilə eynidir. Belə vəziyyətdə hakimin ən ağır cəzanı seçməsi inandırıcı deyil. Üstəlik, “yüngülləşdirici hallar” da nəzərə alınacaq.
Yalnız 148-ci maddə (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) tətbiq olunacağı halda həbs qətimkan tədbirinin seçilməsi ehtimalı yaranır. Bunun üçünsə zərərçəkən özü məhkəməyə müraciət etməli və iddiası sübuta yetirilməlidir.
Eyni zamanda Günel Həsənlinin mülki iddia qaldırmaq və təqsirləndirilən şəxsdən mənəvi təzminat tələb etmək hüququ var”.
Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə intim görüntülərini yayan şəxsə Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb və istintaq davam edir.


Xəbəri paylaş

7638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___