Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayraq Meydanındakı bayraq dirəyi texniki baxışa görə götürülüb
Tarix: 14-08-2017 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm | çapa göndər


Bir müddətdir ki, Bakıdakı Dövlət Bayrağı Meydanındakı bayraq dirəyi götürülüb. Hətta, belə iddialar da səslənir ki, indikindən daha hündür Bayraq Meydanı quraşdırılacaq.
 
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında səslənən fikirlərə belə aydınlıq gətirib.
 
“Dənizkənarı Bulvar İdarəsinin rəsmisi kimi məndə bu barədə heç bir məlumat yoxdur”
İdarə rəsmisi, Bayraq Meydanında uzunmüddətli texniki baxış keçirilməsindən də söz açıb.
 
“Artıq Dövlət Bayrağı Meydanının yaradılmasından 7 il keçir. Hazırda bayrağın sökülməsinin səbəbi texniki baxışdır. Qeyd etdiyim kimi, uzun müddətdir ki, Bayraq Meydanı istifadəyə verilib.
 
İldə bir dəfə əraziyə texniki baxış keçiririk. Bu əsaslı texniki baxışdır ki, məlumata və normalara uyğun olaraq öncədən planlaşdırdığımız işdir.
 
Texniki baxışdan sonra hər hansı nasazlıq ortaya çıxarsa, iş bir qədər uzana bilər. Yaxud da ola bilsin ki, hər şey qaydasında olacaq və tezliklə Bayraq Meydanı bərpa olunacaq”.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___