Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
"Xeberaz.Az" xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
İlk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran Əzrək Bəbirov 1/8 final çərçivəsində tailandlı Panuvat Çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək.
Millimizin digər üzvü – Nicat Hüseynov (49 kq) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 final çərçivəsində təşkil olunan döyüşdə həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26).
Onun 1/4 finalda rəqibi macarıstanlı Levent Eqedus olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.
Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı
Tarix: 18-04-2021 | Saat: 12:05
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Təbriklər | çapa göndər
Xəbəri paylaş
4858 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-04-2021 | Saat: 12:05
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Təbriklər | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
8-08-2022, 11:03
Bakıda 3-cü sinif şagirdi faciəvi şəkildə öldü - FOTO
15-02-2017, 19:46
“KamAz”ın əyləci tutmadı, maşınları əzdi: Bakıda ciddi yol qəzası
30-04-2017, 13:37
"Zərbə endirə bilərik" - Ərdoğan
15-12-2016, 17:57
Yola qum səpən yük maşını qəza törətdi, prospektdə tıxac yarandı
24-10-2018, 17:28
8 ayda 9877 boşanma - Qayınana müdaxiləsinin ACI SONLUĞU
8-06-2016, 22:22
Bu kənddə əhali cəmi 3 saat oruc tutur - Foto
14-08-2020, 17:39
Zülfiyyə Xanbabayeva yeni imicdə - FOTOLAR