Bakıda şagirdin intiharı ilə bağlı məktəb direktoru ifadə verir - YENİLƏNİB
Tarix: 06-04-2019 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Bakıda şagirdin intiharına görə cinayət işi başlanılıb.
"Xebera.Az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 162 saylı məktəbin 8ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının 3-cü mərtəbəsindən atması və bu gün xəstəxanada ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisənin necə baş verməsi və intihardan öncə şagirdin davranışları, sinif yoldaşlarının, məktəb rəhbərliyinin ona qarşı münasibəti ilə bağlı məktəbin direktoru Sevinc Abbasova hazırda prokurorluqda ifadə verir.
E.Hacıyevanın meyiti isə ekspertiza olunması üçün morqa göndərilib.
*** 12:20
Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə "Report"a mərhumun anası Sevil Hüseynova məlumat verib.
Qeyd olunub ki, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb.
Xatırladaq ki, aprelin 4-də Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Yelena Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Xəbəri paylaş
8308 dəfə oxunub.
Digər xəbərlər

12-10-2015, 12:50
Nəsib Məhəməliyevin keçmişi ilə bağlı ilginc iddialar
16-12-2021, 15:00
Bəxtsiz gənc dəhşətli HADİSƏ törətdi: Bıçaqladığı şəxsə təcili yardım çağırdı, faydası olmadı
23-02-2016, 14:59
Bakının “QUMAR KRALLARI”-ŞOK TƏFƏRRÜAT
12-06-2016, 12:21
Ukraynada gey-parad başladı
11-04-2015, 14:31
23 yaşlı aktrisa özünü asdı - FOTO
24-09-2017, 10:12
Tarkandan yaxın qonşumuza GÖZLƏNİLMƏZ JEST - FOTO
7-10-2016, 18:19
Damarları təmizləyən 5 qida
1-08-2017, 13:08
“Forbes” Bakı haqqında məqalə dərc etdi
11-08-2016, 10:44
O, Azərbaycanın ən yaraşıqlı kişisi oldu - Fotolar
27-03-2018, 21:30
Leyla Əliyevanın iki dəfə təbrik etdiyi “Marsey” idman klubunun Bakıda açılışı olub – FOTO