Nəqliyyat Nazirliyinin əməkdaşları praktiki təlimlərə başladılar - FOTO
Tarix: 02-06-2015 | Saat: 00:11
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər
Geniş miqyaslı hazırlıq işləri həyata keçirilir.
Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov Oyunlar zamanı fəaliyyət göstərəcək xidməti personalın praktik təlimlərində iştirak edib.
Xeberaz.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Avropa Oyunlarının başlamasına çox az müddət qaldığından, oyunların təşkilinə cəlb olunmuş bütün dövlət qurumları, o cümlədən Nəqliyyat Nazirliyi geniş miqyaslı hazırlıq işləri həyata keçirir.
Avropa Oyunlarının miqyasını, ölkəmizə gələcək qonaqların sayını nəzərə alaraq, bu möhtəşəm tədbir zamanı nəqliyyat xidmətlərinin yüksək səviyyədə təmin edilməsi üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti oyunlar zamanı nəqliyyat xidmətlərinin tənzimlənməsi, nəzarətin gücləndirilməsi məqsədilə artıq nəzəri təlimlər keçmiş əməkdaşları üçün praktiki təlimlərə başlayıb.
Xidmətin rəisi Hüseyn Salamov 145 xidməti personaldan 60-nın cəlb edildiyi praktik təlimlərdə iştirak edib.
İyunun 6-da keçiriləcək oyunların baş məşqində, eyni zamanda müvafiq olaraq 12 və 28 iyun tarixlərində keçiriləcək Açılış və bağlanış mərasimlərində fəaliyyət göstərəcək əməkdaşlara oyunların keçirildiyi digər günlərdə də ekspress avtobusların hərəkətinin tənzimlənməsi, yarışlara tamaşaçı qismində qatılan vətəndaşların təhlükəsiz və yüksək keyfiyyətli daşımalarının təşkili, ümumilikdə nəqliyyat xidmətlərinə nəzarət edilməsi istiqamətində praktiki təlimlər keçirilib.
Təlimlər növbəti günlərdə də davam etdiriləcək.
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

28-03-2019, 00:09
Qızıl və gümüş bahalaşdı - Azərbaycanda
19-04-2021, 01:01
Günün qoroskopu: Ehtiyatlı davranın
21-05-2017, 12:30
İslamiada: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
17-02-2023, 14:43
Azərbaycanda uşaqlar arasında yayılan virusların adı açıqlanıb
11-02-2022, 19:31
Ərdoğan Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ
30-11-2017, 11:34
“Keşlə” klubu həbs olunmuş futbolçularla bağlı məlumat yaydı
26-04-2022, 11:47
"Allaha şükür edirəm ki, övladım yoxdur" - VİDEO
27-04-2017, 16:09
"Beş mərtəbə" dairəsi ləğv olunaraq parka birləşdirilib
14-11-2019, 01:05
Şirvan Şəhər Məhkəmə sədri Elçin Qurbanov sözünü tutmadı... Ədalətsiz Qərar çıxartdı.