Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat sərt danışdı: Dərmanları qazilərin özünə aldırırlar
Tarix: 02-04-2021 | Saat: 20:12
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq | çapa göndər



Qazilərimizlə bağlı problemlər var. Mən həkimlərin işini yüksək qiymətləndirirəm, amma Hərbi Hospitalın işini yox. Qazilər rayondan gəlirlər bura. Avtobus da yoxdur, taksi tutub gəlirlər. Burada onlara resept yazıb deyirlər ki, gedin, dərmanları özünüz alın. Haradan alsın?
"Xeberaz.Az" xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aqil Abbas deyib.
O xatırladıb ki, bununla bağlı onlara şikayətlər daxil olur:
“Qazilərə hələlik əlillik dərəcəsi verilməyib. Bəziləri ordudan tərxis edilməyib. Amma onlara deyirlər ki, gedin, özünüz dərman alın. Belə olmamalıdır. Mən Müdafiə Nazirliyinin rəhbərliyini bu məsələyə diqqət etməyə çağırıram. Hospital niyə müalicə ilə məşğul olmur? Qazilərə dərman vermək lazımdır. Bu hospitalın işidir”.
Deputat xatırladıb ki, Daxili İşlər Nazirliyinin da hopitalı var:
“Oradan nəinki polis əməkdaşları, onların ailə üzvləri, təqaüdə çıxan polislər də həyatının sonuna qədər müalicə alırlar”.


Xəbəri paylaş

3858 dəfə oxunub.

Digər xəbərlər
19-05-2017, 23:24 Xalın çoxdursa...

bütün xəbərlər
____ Instagram ___