Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə bu gecə yenə qarışdı
Tarix: 26-07-2015 | Saat: 10:39
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

Türkiyə bu gecə yenə qarışdı
Əsgərlərə hücum, partlayışlar və həyəcanlı "hədiyyə paketi"...
Türkiyənin Diyarbəkir-Bingöl avtomagistralında PKK terrorçuları tərəfindən yolda qurulmuş minanın partlaması və ardından hərbi maşına silahlı hücum nəticəsində 2 əsgər şəhid olub, biri ağır olmaqla 4 hərbçi yaralanıb.

ANS PRESS-in məlumatına görə, yaralı əsgərlər yerli dövlət xəstəxanasında ilk yardımdan sonra helikopterlə Diyarbəkir Diclə Təcili Yardım Mərkəzinə çatdırılıb. Bölgədə gərginlik davam etdiyi bir vaxtda, terrorçuların zərərsizləşdirilməsi üçün hava dəstəkli əməliyyat başlayıb.

Mersin vilayətinin Ərdəmli rayonunda Atatürk küçəsindəki kababxana qarşısında özünü şübhəli aparan bir şəxs yolun kənarına bir bağlama qoyması sakinlərin həyəcanına səbəb olub. Ətrafda olanlar şübhəli “hədiyyə bağlaması” ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisə yerinə gələn polis ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib. Müşahidə kameralarında qeydə alınmış görüntü əsasında həmin şəxsin axtarışlarına başlanılıb.

Şübhəli bağlamanın 200 metr çevrəsindəki ərazi tam olaraq boşaldılıb. Ardından əraziyə daxil olan istehkamçılar şübhəli bağlamanı partlayış yolu ilə zərərsizləşdirib. "Hədiyyə paketi"nin daxilində partlayıcının olmadığı, onu qoyan şəxsin isə ruhi xəstə olduğu müəyyənləşib.

İzmirdə naməlum şəxslər Ədalət və İnkişaf partiyasının Karşıkaya rayon ofisi önünə səsli qumbara atıb. Qumbara böyük gurultu partlayaraq binanın önündəki yazı lövhəsinə ziyan vurub və böyük həyəcana səbəb olub. Parlayış səsindən sonra sakinlər evlərindən məhəlləyə çıxıb.

Çağırışdan sonra hadisə yerinə Terrorla mübarizə İdarəsinin və İstintaq Şöbəsinin əməkdaşları gəlib. Partlayışı törədən şəxslərin axtarışları davam etdirilir.

Həmçinin oxuyun

Türk qırıcıları 400 hədəfi yerlə bir etdi

Türk ordusundan son 10 ilin ən böyük əməliyyatı


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___