Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.
Ümumilikdə 85 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Toy sahibləri (qudalar), mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə Nizami RPİ 25-ci Polis Bölməsində araşdırmalar aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış materiallar isə Nizami Rayon Məhkəməsinə göndəriləcəkdir.
İlkin araşdırma zamanı müəyyən olunub ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədov aktiv koronavirus infeksiyasının daşıyıcısıdır.
Toy mərasimi "Neolit" restoranında olub.
“Neolit”də toy keçirildi, aparıcı koronavirus xəstəsi çıxdı - VİDEO
Tarix: 02-04-2021 | Saat: 20:04
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

1298 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-04-2021 | Saat: 20:04
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Digər xəbərlər
27-11-2018, 12:19
Xoruldamağa SON! - Təbii şirə sizi əzabdan xilas edəcək
18-12-2020, 21:00
Avropa İttifaqı Azərbaycanla bağlı bəyanat YAYDI
2-06-2015, 13:05
Obama: İranla hərbi dillə danışmaq olmaz
12-12-2017, 17:37
Həsən Ruhani Azərbaycana səfər edəcək
10-03-2021, 22:18
Türkiyə prezidenti ilə razılığa gəlmişik - Putin
1-02-2016, 17:31
Bu məşhurlar YAP-a üzv oldular - FOTOLAR
10-10-2016, 20:34
İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?
24-04-2016, 17:00
Ailələrdəki zorakılıq hallarını necə azaltmaq olar?
16-09-2016, 10:42
Türkiyədə PKK-nın hücumu nəticəsində 9 nəfər şəhid olub
28-02-2016, 10:27
Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?