Bakıda ailə dramı: ata oğlunu qaçırdı
Tarix: 04-03-2017 | Saat: 12:09
Bölmə:Karusel / Hadisə | çapa göndər

Martın 2-də 4 nəfər naməlum şəxs qadının evinə basqın edib 4 yaşlı oğlunun əl-qolunu bağlayıb aparıblar. Hadisə Binəqədi rayonunda baş verib.
"Xəbəraz.az "-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, övladı oğurlanan Könül Məmmədrza bildirib ki, həmin gün təxminən saat 19 radələrində birlikdə yaşadığı qardaşı Seymur işdən gələndən sonra bu hadisə baş verib: “Seymur evə girən kimi arxasınca tanımadığımız 4 nəfər basqın edib üstümüzə cumdu. Seymuru vurub yıxdılar, sonra da döyməyə başladılar. Oğlum Eldarı da tutdular, uşaq ağladı, mən qollarından yapışıb nə qədər özümə tərəf çəksəm də, heç nə edə bilmədim. Keçmiş yoldaşım Babək Ərsoy da onlardan arxada dayanmışdı, sonra o da içəri girdi. Uşağı yarıçılpaq vəziyyətdə götürüb apardılar.
Mən iki il əvvəl yoldaşımdan boşanmışam. Məhkəmə qərarı ilə uşağı atası ilə görüşdürdüm, o, Eldarı aparıb 8 ay özündə saxladı, məndən gizlətdi. Sonra yenidən məhkəmə vasitəsilə geri aldım”.
K.Məmmədrza deyib ki, məsələ ilə bağlı polisə müraciət ediblər, araşdırma aparılır.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
4848 dəfə oxunub.
Digər xəbərlər

9-11-2017, 15:03
TV və radio əməkdaşları “Persona” mükafatına layiq görülüblər – FOTO
18-04-2017, 12:13
Bakıda intihar dalğasi: 4 kişi özünü öldürdü – YENİLƏNİB
5-02-2017, 10:27
Jirninovskidən Lukaşenkoya: “Belarusu Rusiyaya ver”
13-06-2016, 12:28
Tusk: “Britaniya AB-dən 7 ildən tez çıxmayacaq”
8-05-2019, 14:25
İlham Əliyev xalq artistinə mənzil hədiyyə etdi
19-06-2015, 21:40
Məşhur dizayner Ledi Qaqanın Bakıdakı ifasının sirrini açdı - VİDEO
20-12-2016, 11:12
Rusiyada dərmandan ölənlərin sayı 54-ə çatdı
1-12-2018, 11:46
Kamil və Gülayın qızının ad gününündən - Fotolar
21-09-2015, 15:00
“Qarabağ”a yeni prezident gətirildi