Sahibə Qafarova Milonovla bağlı Dumanın sədrinə məktub ünvanladı
Tarix: 18-10-2020 | Saat: 11:28
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.
"Xeberaz.Az" xəbər verir ki, məktubda diqqətə çatdırılır ki, bu il oktyabrın 16-da Dövlət Dumasının deputatı, Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri Komitəsinin üzvü, “Vahid Rusiya” fraksiyasının üzvü Vitali Milonov Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib və orada qondarma, separatçı qurumun başçısı ilə görüşərək bir sıra təxribatçı fikirlər səsləndirib.
Qeyd olunur ki, Dövlət Dumasının deputatı tərəfindən separatçı rejimin nümayişkaranə şəkildə dəstəklənməsi bizdə dərin təəssüf və qınaq doğurur.
Bildirilir ki, Rusiyanın ali qanunvericilik və nümayəndəlik orqanının deputatının bu cür davranışı Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir, Azərbaycanın Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında mövcud olan yüksək səviyyəli parlamentlərarası əlaqələrlə ziddiyyət təşkil edir.
Nəzərə çatdırılır ki, Azərbaycanın rəsmi orqanlarının müvafiq icazəsi olmadan hər hansı şəxsin Dağlıq Qarabağa səfəri ölkə qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə apardığı şəraitdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya Federasiyasının vasitəçiliyini nəzərə aldıqda V.Milonovun qanundankənar əməlləri qətiyyən qəbuledilməzdir.
Azərbaycan parlamentinin spikeri bundan sonra bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
Məktubda həmçinin təəssüf hissi ilə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri bu yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunmuş atəşkəs rejiminin arxasında gizlənərək işğalçı siyasətini və hərbi cinayətlərini davam etdirir. Milli Məclisin Sədri oktyabrın 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən S. Qafarova Ermənistan tərəfindən törədilən bu vandalizm aktının beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.
Xəbəri paylaş
3888 dəfə oxunub.
Digər xəbərlər

2-11-2017, 11:17
"Allah qadına boşanma haqqı verir" - QALMAQALLI AÇIQLAMA
12-06-2016, 12:37
Əməkdar artistin qızının “18-50 yaşlı kişilərlə seks…” həyatı — FOTO
15-03-2021, 11:20
Səfirimizin qızı vəfat etdi
21-06-2015, 14:24
Cənubi Koreyada koronar virusdan ölənlərin sayı 20 nəfərə çatıb
26-06-2015, 18:46
Sevinc toya, Sevil qızına xərcləyəcək- Medalçı əkiz bacılar+Video
22-11-2022, 11:01
Bu tarixdə bütün müavinət və sosial yardımlar ödəniləcək
19-04-2017, 12:38
Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI
15-01-2018, 10:56
Pensiyalar hesablara nə zaman köçürüləcək? - NAZİRLİKDƏN AÇIQLAMA
20-09-2017, 10:58
Azərbaycanda şirkətdə işləyən 4 qadın evə qayıdarkən öldü
27-04-2016, 16:59
Hamımız bu əzab-əziyyəti anlamalıyıq…” - Mehriban Əliyeva